Accessibility links

Şimali Koreyanın sonuncu ballistik raket sınağı ABŞ-la Çin arasında narazılıq yaradıb


Prezident Trump bildirib ki, ABŞ Şimali Koreyanı nüvə silahı iddialarından geri çəkindirmək üçün beynəlxalq təzyiqləri davam etdirəcək.

Şimali Koreyanın üç gün əvvəl sınaqdan keçirdiyi sonuncu ballistik raketin ABŞ torpaqlarına qədər gedib çata biləcəyi məlum olub.

Prezident Donald Tramp sosial mediada tvit yazaraq Şimali Koreyanın qüdrətli qonşusu və regionda yeganə əhəmiyyətli müttəfiqi olan Çini tənqid edib və "onları danışmaqdan başqa heç nə etməməkdə" günahlandırıb.

Bu, ABŞ prezidentinin əvvəlki açıqlamaları ilə təzad təşkil edir. Dörd ay öncə Trump Çinin Koreya yarımadasında gərginliyin azalması üçün Pxenyana kifayət qədər təzyiq tətbiq edə biləcəyinə inamını ifadə etmişdi.

Bununla yanaşı, Cənubi Koreya prezidenti Mun Ce-in Çini daha çox hiddətləndirəcək Terminal Yüksək Altlıq Ərazi Müdafiəsi (THAAD) raket müdafiə sisteminin tam hazırlıq vəziyyətinə gətirilməsinə qərar verib.

Hal-hazırda altı mobil qurğudan ikisi fəaliyyət göstərməklə sistem qismən funksionaldır.

XS
SM
MD
LG