Accessibility links

Əbu Bəkr Əl-Bağdadinin səsi olduğu ehtimal edilən yeni audio yayımlanıb


İŞİD terrorçu qrupunun lideri təxminən bir il sükutdan sonra tərəfdarlarına müraciət edərək onları möhkəm olmağa çağırıb və düşmənlərinə “qaranlıq günlərin” hələ qabaqda olduğu barədə xəbərdarlıq edib.

Terrorçu qrupun Əl-Furqan mətbuat bölməsi İslam Dövləti qrupunu dəstəkləyənləri ruhdan düşməməyə çağıran Əbu Bəkr Əl-Bağdadinin olduğu ehtimal edilən və 54 dəqiqə davam edən audio çıxış yayımlayıb.

İŞİD lideri həmçinin tərəfdarlarını düşmənlərin alovu hiss etmələri üçün Qərb ölkələrində tənha hücumlar həyata keçirməyə çağırıb.

ABŞ hərbi və kəşfiyyat rəsmiləri yeni audioyazıdan xəbərdardı. Lakin hələlik audioyazıdakı səsin həqiqətən də Bağdadiyə məxsus olub-olmadığını yoxlamayıb.

XS
SM
MD
LG