Accessibility links

Əbu Dabiyə mümkün dron hücumu nəticəsində üç neft tankeri partlayıb - Ölənlər var


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri bazar ertəsi Əbu Dabi Beynəlxalq Hava Limanı ərazisində üç neft tankerinin mümkün dron hücumu nəticəsində partladığını bildirib.

Dövlətə məxsus WAM xəbər agentliyinin bildirdiyinə görə, partlayış nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlər arasında iki Hindistan və bir Pakistan vətəndaşı var.

Polis hadisə ilə bağlı ilkin araşdırmalar nəticəsində partlayışa və yaxınlıqdakı yanğına pilotsuz təyyarənin səbəb ola bildiyini deyib.

Yəmənin Husi üsyançıları bazar ertəsi qrupun Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərində hücuma keçdiyini bildirsə də, ətraflı məlumat verməyib. BƏƏ rəsmiləri husilərin hücumları ilə bağlı iddiaları təkzib edib.

Husilərin 2014-cü ildə Yəmənin paytaxtını ələ keçirməsi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləmək üçün hərbi əməliyyatlara başlamasına səbəb olub.

Bu münaqişə regional rəqiblər - höküməti dəstəkləyən Səudiyyə Ərəbistanı və Husi üsyançılarını dəstəkləyən İran arasında güc savaşı olaraq qiymətləndirilir.

Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG