Accessibility links

Yəməndə təhlükəsizlik və kəşfiyyat binasına hücum zamanı azı üç nəfər həlak olub


Yəməndə təhlükəsizlik və kəşfiyyat binasına hücum zamanı azı üç nəfər həlak olub
Yəməndə təhlükəsizlik və kəşfiyyat binasına hücum zamanı azı üç nəfər həlak olub

Rəsmilər hücumlara görə əl-Qaidənin məsuliyyət daşıdığını hesab edir

Yəmən rəsmiləri Abyan vilayətində təhlükəsizlik və kəşfiyyat binasına hücum zamanı azı üç nəfərin həlak olduğunu bildirib. Yerli hökumət rəsmiləri bu gün bildiriblər ki, vilayətin paytaxtı Zincibarda motosiklet idarə edən yaraqlılar minomyot və raket atan qurğudan istifadə edərək, hər iki binanın içərisində olan insanlara atəş açıb. Hücumdan və polislə mühafizəçilər arasında toqquşmadan sonra təcavüzkarlar hadisə yerindən qaçıblar. Rəsmilər hücumlara görə əl-Qaidənin məsuliyyət daşıdığını hesab edir. Rəsmilər eyni zamanda bildiriblər ki, təhlükəsizlik işçiləri yeddi nəfəri şübhəli şəxs kimi saxlayıblar. Ötən həftə Yəmənin cənubunda təhlükəsizlik qüvvələrinin baş qərargahında 11 nəfərin ölümü ilə nəticələnən hücumda da bu militant qrup günahlandırılıb.

XS
SM
MD
LG