Ağaclarda öz nöbələrini gözləyən leşyeyənlərlə əhatə olunmuş pulsuz venesuelalı miqrantlar Braziliyanın sərhəd şəhərindəki zibillikdən metal, plastik və karton toplayaraq dolanırlar.
Zibillik zindanında ilişib qalan bu insanlar ailələrini yedizdirmək üçün kifayət qədər pul qazanmır və cənubdakı Braziliya şəhərlərində adi iş tapmaq üçün oraya gedəcək avtobus biletinə pulları çatmır.
“Məqsəd buradan çıxmaqdır, heç kəs həyatının sonunadək burada yaşamaq, zibillikdə eşələnmək istəmir. Məqsəd buradan çıxmaqdır, amma bu çətindir” – deyə, venesuelalı miqrant Astrid Prado bildirib.
Onlar Venesuelanın solçu prezidenti Nikolas Maduronu neft istehsal edən ölkələrinin iqtisadiyyatını pis idarə etməkdə və onlar və milyonlarla digərlərini emiqrasiya etməyə məcbur edən dərin böhrana səbəb olmaqda təqsirləndirir.
“Maduro deyir ki, Venesuela çətinlik çəkmir, amma biz burada Pakaraimada çox çətinlik çəkirik. Biz ölkəmizə getmək istəyirik, amma bizə imkan vermir”, Karakasdan gələn 23 yaşlı venesuelalı miqrant Rozmari Tovar söyləyib.
Onlarla venesuelalı gündə iki dəfə zibil maşınından bura tökülən zibil torbalarını eşələyirlər. Onlar yanan zibillərdən çıxan tüstü arasında zibilləri axtarırlar. Bəzən isə gecələr ləmpələrdən istifadə edərək nə isə tapmağa çalışırlar.
“Mən iş istəyirəm, amma burada mənim yaşadığım şəraiti nəzərə aldıqda ev kirayə götürmək çətindir. Lakin hər gecə Allaha yalvarıram ki, məni buradan çıxarsın” – Rozmari bildirib.
“Bəzən bir az un, bir az lobya tapırıq. Başqa? Bir qadın bir az spaqetti tapıb. Mən bu səhər bir az yağ tapdım”, 43 yaşlı venesuelalı miqrant Çarli Sançez deyib.
On minlərlə miqrant Venesueladakı siyasi və iqtisadi iğtişaşdan Braziliyaya yeganə keçid yolu olan Pakaraima vasitəsilə ölkədən qaçıb. Bu isə sərhəddə gərginliyə səbəb olub. Dünya Bankının verdiyi məlumata görə, son illərdə Venesuelanı təxminən 3.7 milyon insan tərk edib, əksəriyyəti də qərbdəki qonşusu Kolumbiya vasitəsilə.