Accessibility links

Beynəlxalq təşkilatlar, ekspertlər Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiya tətbiqini istəyir


Avropa Oyunları 2015
Avropa Oyunları 2015

Beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri, müxtəlif ölkələrin siyasətçi və ekspertlərindən ibarət 45 nəfər dövlət başçılarına və beynəlxalq birliyə açıq məktubla müraciət edərək Bakıda keçiriləcək Avropa Oyunların boykot etməyə və Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsini nəzərə alaraq qərb hökumətləri insan hüquqlarının pozulmasına görə məsul olan yüksək vəzifəli şəxslərə viza verilməsinə qadağa qoymalı, Azərbaycanın dövlət qurumları ilə iqtisadi əməkdaşlığa son qoymalı, Bakıda Avropa Oyunları zamanı dövlət liderlərinin boykotunu təşkil etməli, Azərbaycanda vəziyyətlə bağlı parlament dinləmələri təşkil etməlidir.

Sonra məktubda bu cür çağırışların səbəbləri və siyasi məhbusların adları açıqlanır.

İqtidarda olan Yeni Azərbaycan Partiyasaının icra katibinin müavini Siyavuş Novruzov bu gün Milli Məclisin plenar iclasında deyib ki, Azərbaycanda Avropa Oyunları ərəfəsində müəyyən daxili və xarici təşkilatlar ölkəyə qarşı qarayaxma, şər və böhtan kampaniyalarını sürətləndiriblər.

APA agentliyinin məlumatına görə, Novruzov bildirib ki, bu tip təşkilatlardan biri bu günlərdə korrupsiya ilə mübarizə adı altında Azərbaycanla bağlı şər-böhtan xarakterli hesabat hazırlayıb və yayıb.

“Belə təşkilatlar Azərbaycana qarşı hər zaman qara kampaniyalar aparıblar və bu gün də davam etdirirlər. Bu cür təşkilatlar eyni dairələrdən maliyyələşirlər və ermənilərin mövqelərini ifadə edirlər”.

S. Novruzovun sözlərinə görə, ölkə daxilində də bəzi qüvvələr, hətta partiya rəhbərləri ölkədə keçiriləcək Avropa Oyunlarında iştirak etməmək barədə çağırışları edir və həmin xarici qüvvələrə dəstək verirlər.

“Bunlar hamısı bir yerdən, erməni lobbi mərkəzlərindən maliyyələşirlər”, -deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG