Accessibility links

Sülhəddin Əkbər: Bu, artıq diktaturanın ayaq səsləridir


Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər

Açıq Cəmiyyət Partiyasının Sumqayıtda konfrans keçirməsinə imkan verilməyib. Partiyanın sədri polis bölməsinə aparılıb

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər polis təzyiqi ilə bağlı mətbuat konfransı keçirib .

Belə ki, Sülhəddin Əkbər noyabrın 4-də partiyanın Sumqayıt təşkilatının konfransında iştirak etmək üçün Sumqayıtda olub. Konfrans Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Sumqayıt təşkilatının ofisində keçirilməli di. Lakin konfrandan öncə polislər ofisin yerləşdiyi binaya gələrək, qaz sızıntısı adı ilə qərargahı bağlayıb, KXCP təşkilat sədrini isə polisə aparıb.

S.Əkbər ofisin yerləşdiyi binaya çatanda burada çoxsaylı polis əməkdaşları və mülki geyimli şəxslərin olduğunu görüb. Polislər partiya sədrinə və onunla birgə olan şəxslərə avtomobildən düşməyə imkan verməyib, onları kobudluqla 3 saylı polis bölməsinə aparıblar. Öncə izahat almaq istəyiblər, hansısa zənglərdən sonra bundan vaz keçiblər. Polis zabitləri Sumqayıtın “sabit inkişaf etdiyi”ni, hər-hansı konfransa ehtiyac olmadığını söyləyərək, S.Əkbərə Sumqayıta gəlməməyi məsləhət biliblər.

ACP sədri Bakıya kimi izləndiklərini deyib.

“Bu, artıq Azərbaycanda diktaturanın ayaq səsləridir, diktaturanı isə dayandırmağa ancaq xalqın gücü çatar”, - deyə ACP sədri qeyd edib.

ACP sədri rejimin özünü qoruması üçün sərt üsullara əl atması ilə əlaqədar bəzi qüvvələrin leqal fəaliyyətdən qeyri-leqal fəaliyyətə keçəcəyini bildirib. Hakimiyyəti belə əməlləri ilə ölkəni xaos və qarşıdurmalara sürükləməkdə ittiham edib.

Mətbuat konfrnasında Sumqayıtda baş vermiş hadisəni pisləyən ACP-nin və həmtəsisçilərindən biri ACP olan Demokratik Qüvvələrin Məşvərət Məclisinin bəyanatları yayılıb.

Partiya sədrinin bəyanatına və təzyiqə məruz qalması ilə bağlı bəyanatına rəsmi səviyyədə şərh verilməyib. Eyni zamanda Sumqayıt şəhər Polis İdarəsi Amerikanın Səsi radiosunun hadisə ilə bağlı sualına cavab verməyib.

ACP 2007-ci ildə təsis edilib. Partiyanın lideri Rəsul Quliyev 1996-cı ildən ABŞ-da məcburi mühacirətdədir. S.Əkəbr bu ilin mayından partiyaya sədrlik edir.
Demokratik Qüvvələrin Məşvərət Məclisi 2012-ci ilin sentyabrında təsis edilib. Sıralarında 14 partiyanı birləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG