Accessibility links

Aclıq aksiyası davam etdirilir


Müsavat Partiyasının mənzil-qərargahında "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbilə aclıq aksiyası davam etdirilir.

Aclıq aksiyasının iştirakçısı jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə bildirib ki, onunla yanaşı fəallar Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus kimi tanınan, AXCP fəalı Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus kimi tanınan, AXCP fəalı Orxan Baxışlının atası) və Rövşən Niftalızadə aclığı davam etdirir.

Hələlik fəalların səhhətində fəsad yaranmayıb.

Bloger Mehman Hüseynova dəstək məqsədi ilə ictimaiyyət nümayəndələri yanvarın 2-dən aclıq aksiyası keçirir.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub. Həbsdə olan ondan çox siyasi məhbus kimi tanınan şəxsin də aclıq aksiyasına qoşulduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG