Accessibility links

Deputatlığa namizədlər aclıq aksiyasını dayandırıb


Müsavat Partiyasının üzvləri - deputatlığa namizədlər Elman Quliyev Elşən İsrafilovun Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinə etiraz olaraq başladıqları aclıq aksiyasını martın 3-ü günün ikinci yarısı dayandırdıqları bildirilir.

Bu barədə Elman Quliyevin özü məlumat verib.

Onun sözlərinə görə, onlar aksiyanı səhhətləri ilə bağlı Müsavat Partiyası Divanının xahişi ilə dayandırıblar.

***

Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası altıncı gündür davam etdirilir.

Bu barədəAmerikanın Səsinə aclıq aksiyası keçirən Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev bildirib.

Onun sözlərinə görə, səhhətlərində problemlər olmasına baxmayaraq, aclıq aksiyasını sonadək davam etdirəcəklər.

“Başgicəllənmə baş verir, çox halsızlıq var. Amma aksiyamız davam edir" -deyə o bildirib.

Öz nöbəsində Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli həkim nəzarətinə gəlincə deyib:

"Daimi həkim nəzarəti yoxdur. Amma daim aksiya iştirakçılarının yanında gözətçi var və səhhətlərində ağırlaşma yaranan kimi təcili yardımla əlaqə saxlayıb dəvət edirlər."

Aclıq aksiyası Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev tərəfindən fevralın 27-də başlanıb. Fevralın 28-də aksiyaya Müsavat Partiyasından başqa bir deputatlığa namizədi Elşad İsrafilov qoşulub.

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərə yekun vuraraq nəticələrin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. MSK-nin nəticələrinə görə, seçki dairələrinin yarıdan çoxunda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri liderlik edir. Seçkilərdə müxalif siyasi partiyaların bir nəfər deputalığa namizəd (ReAL Partiyasının üzvü Erkin Qədirli istisna olmaqla) belə liderlər sırasında deyil.

Seçkilərdə iki yüzdən çox müxalifətdə olan siyasi partiyaların üzvləri və müsatəqil deputatlığa namizəd iştirak edib.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası bildirib ki, Azərbaycanda seçkilər demokratik mühitdə keçirilməyib, həqiqi rəqabət və seçim olmayıb.

MSK şikayətlərin araşdırılması nəticəsində 4 seçki dairəsində səsvermənin nəticələrini etibarsız sayıb. Bununla yanaşı çoxsaylı müxalif və müstəqil deputatlığa namizəd MSK-nin səsvermənin bütövlükdə nəticələrini etibarsız sayması üçün yetərincə qanun pozuntularının olduğunu iddia edir.

XS
SM
MD
LG