Accessibility links

Abbas Lisaniyə dəstək məqsədilə 4 siyasi məhbus aclıq aksiyasına başlayıb, 8 məhbus aclığı dayandırıb


Ərdəbil həbsxanasında aclıq aksiyasına başlayan tanınmış siyasi məhbus Abbas Lisaniyə dəstək olaraq 4 siyasi məhbus aclıq aksiyasına başlayıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, iyunun 12-də Ərdəbil həbsxanasında saxlanılan Yusuf Kari və iyunun 13-də isə həmin həbsxanada saxlanılan Əli və Rza Vasiqi qardaşlar, habelə Mehrdad Şeyxi aclıq aksiyasına başlayıblar.

İyunun 12-dən etibarən siyasi məhbuslara qarşı psixoloji təzyiqləri artırmaq üçün təhlükəli və ağır cinayətlərdən məhkum edilən şəxslərin siyasi məhbusların bölməsinə köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayan Lisani iyunun 13-dən quru aclığa keçib. Yusuf Kari isə iyunun 12-dən başladığı aclıq aksiyasını Abbas Lisani ilə birlikdə quru aclığa çevirib.

Aclıq aksiyasına başlayan milli fəallarla eyni bölmədə saxlanılan məhbuslar iyunun 13-də fəalların ailələri ilə qurduqları telefon əlaqəsində Abbas Lisani, Əli və Rza Vasiqilər, Yusuf Kari ilə Mehrdad Şeyxinin həbsxananın karantin bölməsinə köçürüldüyünü bildiriblər.

Milli fəallların bölməsinin dəyişməsi ilə birlikdə onların yaxınları ilə belə telefon əlaqələrinə qadağa qoyulub.

Abbas Lisaninin aclıq aksiyasına başlaması ilə bərabər İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar divarlarda etiraz şüarları yazıb, plakatlar yapışdırmaqla milli fəala dəstək olublar.

İnsan hüquqları və İranın daxili qanunlarına görə, siyasi məhbusların saxlandığı bölmələr digər məhbuslardan ayrı olmalıdır. Ancaq İran məhkəmələri və həbsxanaları siyasi və ictimai fəaliyyət göstərən vətəndaşları təhlükəli məhbuslarla eyni bölmələrdə saxlamaqla onları psixoloji işgəncəyə məruz qoyur.

Bu arada Ərdəbil və Tehranın Evin həbsxanasında aclıq keçirən 8 milli fəal aclıq aksiyasına son veriblər.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi onların Ərdəbil həbsxanasının səlahiyyətliləri tərəfindən tələblərini yerinə yetirmək vədi aldıqdan sonra aclıq aksiyasına son verdiklərini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG