Accessibility links

Ümumdünya Ərzaq Proqramı: Münaqişələr qlobal aclıq problemini dərinləşdirir


2016-cə ildə qlobal aclıq vəziyyətini araşdıran Ümumdünya Ərzaq Proqramının bildirdiyinə görə, Yaxın Şərq, Afrika və digər yerlərdəki vəziyyət BMT-nin 2030-cu ilədək azlığa son qoyulması planını qeyri-mümkün edir.

2030-cu ilədək aclığa son qoyulması planı reallıqdan uzaqdır

"2016: Aclıqla mübarizə ili" adlı hesabatda bildirilir ki, ötən il 750 milyon adam ərzaq qıtlığından əziyyət çəkib.

Təşkilatın sözçüsü Bettina Luşer Amerikanın Səsinə 2030-cu ilədək aclığa son qoyulması planının reallıqdan uzaq olduğunu deyib.

“Dünya çox qarışıqdır. İndi həmişə olduğundan daha çox fözqəladə hallar yaşanır. Heç vaxt olmadığı qədər qaçdın var. Biz insanların özlərini ərzaqla təmin etməsi üçün bütün sahələrdə çətinliklərlə üzləşmişik.”

BMT-nin Qaçqın Agentliyinin hesabatında bildirilir ki, dünyada müharibələr, zorakılıqlar və təqiblərə görə didərgin düşən insanların sayı misilsiz dərəcədə artıb.

Bu insanların 3-də 1-ni öz ölkələrində digərgin düşənlər təşkil edir. Qaçqınların ümumi sayı 22.5 milyon təşkil edir ki, bu da misilsiz bir göstəricidir.

Bettina Luşer deyib ki, inkişaf yolunda olan ölkələr münqişələrə görə geriləməkdə davam edir. O, Cənubi Sudanı misal göstərib : " Görün, nə baş verdi. Döyüşlər yenidən başlandı. Son 6 ildə ilk dəfə aclıq böhranı baş qaldırdı. Bizim əsirdə belə bir vəziyyət inanılmazdır. Münaqişələrə son qoyulmalıdır."

Aclıqla mübarizə vəsait tələb edir. Fövqəladə hallara görə beynəlxalq dəstək azalır.

Bettina Luşerin dediyinə görə, Ümumdünya Ərzaq Proqramının Yəmən, Somali, Cənubi Sudan və Nigeriyada aclıqla mübarziə üçün təcili şəkildə 1 milyard dollara ehtiyacı var.

XS
SM
MD
LG