Accessibility links

Cənubi Koreya Yaponiyanı mübahisəli adalara iddiasından əl çəkməyə çağırıb


Cənubi Koreya Yaponiyanın uzun müddət mübahisəyə səbəb olan bir qrup adaya dair məsələni beynəlxalq ədalət məhkəməsinə vermək təklifini rədd edib.

Xarici işlər naziri Kim Sanq-hvan bu gün təklifin nəzərdən keçirilməsinin mənasız olduğunu deyərək, Yaponiyanı adalara olan iddiasından əl çəkməyə çağırıb. Bundan bir qədər əvvəl Yaponiya rəhbərliyi Haaqada əsaslanan məhkəməyə birgə müraciət etmə təklifini formal olaraq Cənubi Koreyaya etdiyini deyib.

Haaqa ədalət məhkəməsi hər iki ölkənin mübahisə tərəfi kimi statusunu qəbul etmədiyi təqdirdə məhkəmə işi aça bilməz.

On illər boyu davam edən ərazi mübahisəsi bu ayın əvvəlində Cənubi Koreya prezidenti Li Myunq-bak mübahisəli adalara səfər etdikdən sonra yenidən gündəmə gəlib.

Yaponların Takeşima, koreyalıların Dokdo adlandırdığı adalar İkinci Dünya Müharibəsindən sonra Cənubi Koreyanın nəzarəti altına keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG