Accessibility links

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb


Martın 12-də Azərbaycan Təhsil Nazirliyində ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının BP şirkəti tərəfindən qismən maliyyələşdirilməsi üzrə sazişin imzalanma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons iştirak edib.

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb
please wait

No media source currently available

0:00 0:03:47 0:00

İkili diplom proqramı kompüter elmləri və DATA təhlili üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu universitetin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və DATA təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər.

Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq.

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb
ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb

Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri isə Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Sözügedən beynəlxalq ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.

Hafiz Paşayev
Hafiz Paşayev

ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə beş illik saziş imzalayıb.

“Ikili diplim bu sazişin bir komponentidir. Beş il ərizndə hər il 20 tələbə magistraturada oxuyacaq. Orada iki il ərzində biliyə və diploma yiyələncəklər. Onların ən yaxşıları həmin universitetdə doktorantura oxuyacaqlar. Beş il ərzində 100 tələbə magistr diplomu alacaq, onlardan 20 tələbə isə doktor kimi hazırlanacaq,” o qeyd edib.

Rektorun sözlərinə görə, ADA Univüersitetində ən böyük çətinliklərdən biri yaxşı müəllimlərin tədrisə cəlb edilməsidir.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ADA Universitetindən öncə, bu ilin yanvarında Azərbaycan Dövlət Pedaqoji Universiteti Corc Vaşinqton Universiteti ilə təhsildə idarəetmə ixtisası üzrə magistr priorqamı üzrə müqavilə imzalayıb.

“Növbəti illərdə Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton universiteti əməkdaşlıq şəraitində 130 nəfər yüksək ixtisaslı mütəxəssis hazırlanacaq. Bu gün ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında komputer elmləri və DATA analitikası istiqamətində ölkəmiz üçün olduqca vacib bir istiqamət üzrə yenə də magistratura səviyyəsində yeni diplom proqramının imzalanmasının şahidi olduq. Bu proqram üzrə 2020-ci ilin oktyabrından tədrisin başlanması həyata keçiriləcək,” nazir qeyd edib.

Bayramovun sözlərinə görə, hazırda Azərbaycanın digər universitetləri ilə dünyanın aparıcı universitetləri arasında kənd təsərrüfatı, səhiyyə və mühəndislik ixtisasları istiqamətlərində intensiv danışıqlar aparılır.

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb
ADA Universiteti ilə Corc Vaşinqton Universiteti saziş imzalayıb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib ki, proqramın həyata keçirlməsi nəticəsində yetişəcək mütəxəssislər Azərbaycanda inkişaf etməkdə olan kompüter texnologiyaları və kompüter mühəndisliyi texnologiyalarına töhfə vercək.

“Bu təşəbbüslər səfir Hafiz Paşayervin rəhbərliyi altında ADA Universitetinin ali təhisl sahəsində nə üçün ölkənin öncül təhsil müəssisəsi olmasının bariz nümunəsidir. 15 ildən az bir müddətdə Kaspian Biznes Mərkəzində bir neçə otaqda fəaliyyət göstərən kiçik təhsil müəssisəsindən dünya səviyyəli gözəl şəhərcikli və şəraiti olan universitetə çevrilməsi xaruqədir. Əlbəttə, ADA Universitetinə hər dəfə gedib ətrafımda yaxın gələcəkdə qlobal məsələlər, - biznes, idarəetmə, komputer elmləri sahəsində Azərbaycanın lıderləri olacaq gəncləri görmək məni ruhlandırır,” səfir qeyd edib.

Onun fikrincə, Azərbaycan iqtisadi inkişafa təkan vermək üçün öz təbii sərvətlərindən istifadə üzrə haqlı olaraq qazanılmış nüfuza malikdir.

“Bunun ən məşhur nümunəsi neft-qaz sektorudur. ABŞ bu sahədəki səylərdə tərəfdaş olmaqdan qürur duyur. İndi isə daha çox fəxr edirik ki, ABŞ Azərbaycanın yeni istəklərini, digər təbii sərvəti, insanlarını maksimallaşdırmaq istəyində tərəfdaşdır,” Li Litzenberger qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG