Accessibility links

Adil Qeybulla: Karantin davranışına əməl edilməsə, koronavirus alovlanacaq


Tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının kəskin artmasının səbəblərindən və COVİD-19-a qarşı vaksinlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda son günlər koronavirusa yoluxma halları dəfələrlə artıb. Bir sıra rayonlara, şəhərlərə, kəndlərə, o cümlədən sizin anadan olduğunuz Şəki rayonunun Kiş kəndinə giriş-çıxış qadağan edilib. Bunun səbəbi nədir?

İctimai nəqliyyatda, qapalı yerlərdə müşahidə edirik insanlar karantin davranışlarına riayət etmirlər.

Adil Qeybulla: Koronavirus pandemiyasında bu artım karantin davranışlarının iqnor olunmasına bağlıdır. Yəni, insanlar qapalı mühitdə, ayrı-ayrı yerlərdə gəzdikdə artıq sanki pandemiyanı unudublar. Bu şəxslərin sayı da çoxalıb. Vətəndaş məsuliyyətsizliyi artıb. İctimai nəqliyyatda, qapalı yerlərdə müşahidə edirik insanlar karantin davranışlarına riayət etmirlər. Rayonlara miqrasiya artıb. Bu, vətən savaşı ilə bağlı yaranan əhval-ruhiyyədə bu məsələ sanki unudulmuş durumdadır. Amma nəzərə alaq ki, infeksiyanın mənbəyi xəstə insanlardır. Əgər biz karantin davranışlarına riayət etməsək, təbii ki, infeksiya alovlanacaq. O da ki, baş verir. Bu mənzərə əslində bütün rayonlarda var. Sadəcə adı çəkilən rayonlar bu gün daha çox diqqəti cəlb etdiyindən orada müvafiq dövlət tədbirləri həyata keçirilir.

Adil Qeybulla: Karantin davranışına əməl edilməsə koronavirus alovlanacaq
please wait

No media source currently available

0:00 0:05:06 0:00

Amerikanın Səsi: Azərbaycan Respublikası nə etməlidir ki, koronavirusa yoluxanların sayı azalsın? Bu, ikinci dalğa deməkdirmi?

Virus RNT daşıyıcısı virus olub, xeyli mutasiyaya uğrayıb, xassəsini dəyişib.

Adil Qeybulla: Əslində bunu ikinci dalğa adlandırmaq Azərbaycan reallığı üçün düz deyil. Bilirsiniz ki, infeksiyanın epidemiloji coğrafiyası müxtəlif siyasi coğrafiyalarda fərqlidir. Amerikada, başqa ölkələrdə fərqlidir. O mənada bizdə bunu reinfeksiya adlandıra bilərik. İkinci dalğa yox, reinfeksiya. Amma ikinci mərhələ adlandırmaq olar. Çünki virus RNT daşıyıcısı virus olub, xeyli mutasiyaya uğrayıb, xassəsini dəyişib. Bu mənada bunu ikinci dalğa adlandırmaq olar. Hesab edirəm ki, biz bu mərhələni yekunlaşdırıb, artımın qarşısını almaq üçün karantin davranışlarını sərtləşdirməliyik. Həm arxa cəbhədə, həm ön cəbhədə, əsgərlərin içərisində də ciddi müşahidə aparılmalıdır. Kazarmalarda, dincələn zaman, yemək yeyən zaman əsgərlərin karantin davranışlarına riayət etməsi mühüm şərtdir.

Amerikanın Səsi: Ölkədə aktiv xəstələrin sayı artmaqdadır, sağalanların sayı azalmaqdadır. Bunun səbəbi nədir? Vəziyyətdən çıxışı nədə görüsünüz?

Rəsmi rəqəmlər bütün reallığı əks etdirmir.

Adil Qeybulla: Əslində aktiv xəstələrin sayının artması yoluxanların artmasına ekvivalentdir. İkinci tərəfdən, hələ bu rəsmi rəqəmlər bütün reallığı əks etdirmir. Çünki xeyli insan evdə müalicə alırlar, ambulator müalicə alırlar. Özləri həkim tapıb müalicə alırlar. Sanki əllərdə şablona çevrilmiş reseptlər var. Bütün bunlar da yolverilməzdir. Çünki hər bir xəstə individual müalicə olunmalıdır. Həkimin də ona yanaşması individual olur. Çünki həkim bilir ki, bu xəstədə yanaşı xəstəliklər var. Burada, necə yanaşma lazımdır. O baxımdan hesab edirəm ki, bu məsələdə birinci dalğada olduğu kimi müəyyən tədbirlər görülməlidir.

Amerikanın Səsi: Vaksinasiya ilə bağlı vəziyyət necədir? Səhiyyə Nazirliyi ümumi qripə qarşı vaksinasiya keçirildiyini bildirir. Bəs koronavirusa qarşı vaksinasiya nə vaxt həyata keçiriləcək?

Rusiyanın hazırladığı və elan etdiyi vaksin var. Bu vaksin virusun zəiflədilmiş formasından ibarətdir. Əlbəttə, bu köhnə texnologiyadır.

Adil Qeybulla: Bilirsiniz ki, hər il payız vaxtı mövsümü soyuqdəymə xəstəlikləri, kəskin respiretor xəstəlikləri baş qaldırır. El arasında bunu qrip adlandırırlar. Vaksinasiyanın aparılması əslində bu soyuqdəymə xəstəliklərinə qarşı hesablanıb ki, koronavirusla bunların yanaşı getməsi azalsın. Çünki koronavirusla soyuqdəymə xəstəliklərinin oxşar cəhətləri, əlamətləri çoxdur. O baxımdan, bu müsbət addım sayıla bilər. Amma koronavirusa qarşı bilavasitə vaksinasiya ilə bağlı hələ ortada real bir şey yoxdur. Nəyə görə? Rusiyanın hazırladığı və elan etdiyi vaksin var. Bu vaksin virusun zəiflədilmiş formasından ibarətdir. Əlbəttə, bu köhnə texnologiyadır. Bu quduzluq virusu kimi bir virusdur. Bu virusdan yoluxma halları da mümkündür. O baxımdan da dünyada bu cür vaksinin tətbiq olunması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ birmənalı qəbul olunmayıb. Əslində real vaksinasiya virusun antigeninin molekuyar biologiyanın xüsusi üsulları ilə bipolisaxalidorda otuzdurulması və hopdurulmasıdır ki, bədənə yeridiləndə antitellər əmələ gəlsin. Belə vaksinlər hazırlanıb. Amma, onlar hələ klinik tədqiqatlardan keçir. Mən bu vaksin illuziyasına xüsusi inam bəsləmirəm. Çünki RNT daşıyıcı virusların hələ dünyada effektiv vaksinasiyası yoxdur. Məsələn, AİDS virusu da bu cürdür. Burada daha çox karantin davranışlarına ciddi əməl etmək lazımdır. Əgər, biz bunlara əməl etsək, bu, doğal virusdursa bu ilin sonunda yoxa çıxması proqnozlaşdırılır.

XS
SM
MD
LG