Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində Azərbaycanda səhiyyə sahəsində mövcud durum və islahatlar perspektivindən danışıb.
Ameikanın Səsi: Azərbaycanda səhiyyə islahatlarının vacibliyi ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Siz ölkədə səhiyyə islahatlarını necə görürsünüz. Nələr dəyişməlidir?
Səhiyyə islahatları üçün birinci növbədə Sovet səhiyyəsi tamamilə reformasiya olunub qərb səhiyyəsinin standartlarına yaxınlaşmalıdır.
Adil Qeybulla: Səhiyyə islahatları üçün birinci növbədə Sovet səhiyyəsi tamamilə reformasiya olunub qərb səhiyyəsinin standartlarına yaxınlaşmalıdır. Bunun üçün dövlət, özəl, bələdiyyə və sığorta səhiyyə sistemləri tam formalaşmalı, onlar arasındakı münasibətlər sistemi qanunla tam tənzimlənməlidir. Səhiyyə bütövlükdə bir sistemə çevrilməlidir. Elə bir sistem yaradılmalıdır ki, rayonlarla Bakı arasında, mərkəzi şəhərlər arasında səhiyyə xidmətinin səviyyəsində ciddi fərq olmasın. Bununla yanaşı, səhiyyədə şəffaflıq artırılmalı, ictimai nəzarət artırılmalıdır. Hansı bir yerdə nə baş verirsə ondan bütün respublikanın xəbəri olmalıdır. İcbari tibbi sığorta da fəaliyyət göstərəndən sonra onun üzərində ictimai nəzarəti artırmadan effektivliyinə nail olmaq mümkün deyil.
Ameikanın Səsi: Son hadisələr səhiyyənin idarəetməsində də ciddi problemlərin olduğunu aşkara çıxarıb. Sizcə səhiyyə sahəsində idarəetmə necə qurulmalıdır?
Səhiyyəyə, dövlətin səhiyyə siyasətinə cavabdeh olan qurum Səhiyyə Nazirliyi olmalıdır.
Adil Qeybulla: Səhiyyə Nazirliyi icraedici orqandır. Təbii ki, TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yarananda icbati tibbi sığortaya şamil etmişdilər. Amma pandemiya vaxtı səlahiyyət TƏBİB-ə tapşırıldı. Bir hissə, ambulator xidmət sonradan Səhiyyə Nazirliynə həvalə olundu. Bunlar arasında bir səlahiyyət savaşı baş verdi, bu açıq hiss olunurdu. Bunun da müalicədə effektivsizliyi özünü göstərdi. Çünki, istər ambulator xəstə ağırlaşıb stasionar xəstəyə çevrilə bilər, istərsə də stasionar xəstə bir zamandan sonra yüngülləşib ambulator şəraitdə müalicə ala bilər. Bunlar eyni bir prosesin ayrı-ayrı həlqələridir. Ona görə, buna bir struktur rəhbərlik etməli idi. Yaxşı olardı ki, koronavirus pandemiyasına başdan Səhiyyə Nazirliyi rəhbərlik edəydi. Digər tərəfdən, hesab edirəm ki, səhiyyəyə, dövlətin səhiyyə siyasətinə cavabdeh olan qurum Səhiyyə Nazirliyi olmalıdır.
Ameikanın Səsi: Azərbaycanda səhiyyə sisteminin idarə edilməsi Avropa standartlarına nə qədər uyğundur? Bu sahədə işlər aparılırmı?
Adil Qeybulla: Təəssüflər olsun ki, Səhiyyə Nazirliyi hələlik administrativ bürokratik orqan olaraq qalır. Bu, mərkəzi tövsiyəverici, təşkilatlandırıcı bir orqana çevrilməlidir. Bu millətin genefonunun, sağlamlığının keşiyində dayanan bir orqan olamllıdır. Dövlətin səhiyyə strategiyasını həyata keçirməlidir. O baxımdan, Avropa standartlarına təbii ki, hələlik uyğun deyil.
Amerikanın Səsi: Bəs nə edilməlidir ki, Avropa standartlarına uyğun olsun?
Təəssüflər olsun ki, Səhiyyə Nazirliyi hələlik administrativ bürokratik orqan olaraq qalır.
Adil Qeybulla: Avropa standartlarına uyğun olması üçün səhiyyə islahatları sona çatdırılmalıdır. Bu gün Almaniya, İngiltərə, başqa Avropa ölkəsinin təcrübəsinə istinad etsək, onun ucqar bir əyaləti ilə, məsələn, Berlində, Londonda səhiyyənin səviyyəsində ciddi bir fərq yoxdur. Amma bizdə bu, belə deyil. Bu, belə olmadığına görə, deməli görüləcək işlər çoxdur. Burada yenidən strukturlaşma lazımdır. Kadrların düzgün bölgüsü lazımdır. İcbari tibbi sığortanın düzgün tətbiqi lazımdır. Bu, həkimlərin, tibb işçilərinin həm mənafeyinə xidmət etməlidir, həm də vətəndaşların xeyrinə çalışmaldıır.
Ameikanın Səsi: Son zamanlar səhiyyə sahəsində korrupsiya və rüşvət halları ilə bağlı həbslər həyata keçirilir? Bu sahədə korrupsiya və rüşvət hallarının qarşısını almaq üçün nə edilməlidir?
Bu korrupsiya halları ilə bütövlükdə mübarizə aparılmalıdır. Bunlarla anbaan mübarizə aparılmalıdır və bu şəbəkə tam ifşa olunmalıdır.
Adil Qeybulla: Çox təəssüf ki, həbs olunan şəxslər gənc şəxslərdir. Bu, hər halda onların karyerasında ciddi iz buraxacaq. Biz ümid edək ki, onların təqsiri sübuta yetirilməsin. Amma istintaq gedir. Biz istərdik ki, istintaq obyektiv, ədalətli olsun. Əlbəttə, bu bir şəbəkədirsə, bu şəbəkə tam ifşa olunsun. Çünki, bu hərəkətlər həqiqətən haqlıdırsa, bunların təqsiri sübuta yetirilərsə, bu, dövlətin koranavirus pandemiyası ilə mübarizə siyasətinə bir xəyanətdir, bir zərbədir. Çünki, iş bu şəxslərə həvalə olunub. Amma bunlar da sui-istifadə ediblər. Hər halda görünən budur. Hesab edirəm ki, bütün bu korrupsiya halları ilə bütövlükdə mübarizə aparılmalıdır. Bunlarla anbaan mübarizə aparılmalıdır və bu şəbəkə tam ifşa olunmalıdır. Bunun üçün də səhiyyədə ictimai nəzarəti artırmaq, şəffaflığı artırmaq, media nəzarətini, qeyri-hökumət təşkilatlarının nəzarətini artırmaq lazımdır. Səhiyyənin vətəndaş cəmiyyəti institutları ilə əlaqəsini, assosiativ əlaqələrini gücləndirmək lazımdır.
Amerikanın Səsi: Baş Prokurorluğun yaydığı məlumatdan, video görüntüdən belə məlum olur ki, burada söhbət on-iyirmi min manat rüşvətdən getmir. Yüz minlərlə manat rüşvətdən söhbət gedir. Müşahidəçilər belə hesab edir ki, bu qədər məbləğdə rüşvəti bir şəxs və ya bir qrup şəxs öz mənafeyi üçün sərf edə bilməz. Bu, sistemli korrupsiya halından xəbər verir. Bunun aradan qaldırılması üçün nə edilməlidir?
İnsanların çarəsiz durumundan sui-istifadə edib varlanmaq istəyən insanlar mənəviyyatdan məhrum insanlardır.
Adil Qeybulla: Mən hesab edirəm ki, həmin strukturlara rəhbərlərlik edən nazirliklərin rəhbərləri burada birbaşa məsuliyyət daşıyır. Həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyırlar. Təbii ki, bu şəbəkə sona qədər ifşa edilməlidir. Çünki, insanların çarəsiz durumundan sui-istifadə edib varlanmaq istəyən insanlar mənəviyyatdan məhrum insanlardır. Ona görə də hesab edirəm ki, hər halda istintaq gedir, biz istintaqın gedişini, nüanslarını bilmirik, amma ümid edirik ki, bu istintaq ədalətli olacaq. Bu işin təşkilatçıları və himayədarları öz layiqli cəzalarını alacaqlar.