Accessibility links

Adil Qeybulla: Tofiq Yaqublunun su içməkdən imtina etməsi çox təhlükəli hal yarada bilər


Adil Qeybulla
Adil Qeybulla

“Tofiq Yaqublu artıq 15-ci sutkadır aclığı davam etdirir. Biz ona qida maddələri vermirik. 15 sutka ərzində heç bir qida qəbul etmədən aclıq etmək, bu yaşda, bu xəstəlikdə olan adam üçün çox ciddi məsələdir. Ona görə də onu dəfələrlə xəbərdar etmişik, qidalanmasına çalışmışıq. Amma, o aclığı israrla davam etdirir. Əlbəttə, onun səhhəti ilə bağlı müəyyən tibbi korreksiyalar edirik. Hər halda zaman da öz işini görür.”

Bu barədə müxalif siyasi xadim Tofiq Yaqublunu mülki xəstəxanada müalicə edən, müstəqil həkim, tibb elmləei doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.

Adil Qeybulla: Tofiq Yaqublunun su içməkdən imtina etməsi çox təhlükəli hal yarada bilər
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Həkim deyib ki, Yaqublunun aclığının ikinci həftəsi başa çatıb.

“Burada artıq bədənin piy resurslarından sonra əzələlərin energetik materiala çevrilməsi prosesi gedir. Əlbəttə, bunlar kifayət qədər iz buraxacaq. Hazırda müəyyən zəiflik var, halsızlıq var. Bunlar davam edir. Təbii ki, biz paralel olaraq tibbi tədbirlərimizi aparırıq,” o qeyd edib.

Adil Qeybulla inanır ki, yaxın günlərdə Tofiq Yaqublu ilə bağlı hüquqi məsələlər öz həllini tapar, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı tədbirlər həyata keçirilər.

Bu halda insan huşunu yavaş-yavaş itirir. Bundan sonra koma vəziyyətinə düşür.
Adil Qeybulla, tibb elmləri doktoru

Tibb elmləri doktoru Tofiq Yaqublunun orqanizminin aclığa nə qədər davam gətirə biləcəyi ilə bağlı sualın cavabında deyib ki,belə davam edərsə təzyiqin enməsi baş verə bilər.

“Təbii ki, bu halda insan huşunu yavaş-yavaş itirir. Bundan sonra koma vəziyyətinə düşür. İndi Amerikada oturub mənə tibb dərsi deyən bəziləri bunu rişxəndlə qarşılayır. Amma reallıq bundan ibarətdir. Onlara təklif edərdim ki,10-15 gün ac qalsınlar, biz onların durumuna baxaq. Yaqublunun səhhətində ciddi problem yaranarsa, yəni təzyiq enərsə, komaya düşərsə məcburi tibbi müdaxilə olunacaq. Artıq, həzmkanalı kənarı, venadaxili yolla həm qidalanma, həm bədənə qida maddəsi yeridilməsi ilə bağlı tədbirlər görüləcək. Bu məsələlər gündəmdədir. O baxımdan biz arzu edərdik ki, vəziyyət o dərcəyə çatmasın,” həkim bildirib.

Adil Qeybulla qedy edib ki, artıq aclığın 4-5-ci sutkasında cəzaçəkmə müəssisəsində Tofiq Yaqublunun bir dəfə orta stadik formada təzyiqi düşüb. Həkim hesab edir ki, aclığın davam etdirlməsi koma vəziyyətini qaçılmaz edər.

“Yəni ayağa qalxanda huşunu itirib. Mən Penitensiar Xidmnətdə ona baxdım artıq tyəzyiqin təlatümləri başlamışdı. Üçüncü hətdədə daha kritik günlər gözlənilir. Ona görə də hesab edirəm ki, bu kritik proses çox çəkməz.”

Tibb elmləri doktoru Tofiq Yaqublunun su içməkdən imtina edəcəyi barədə bəyanatı ilə bağlı sualın cavabında deyib ki,su içməkdən imtina etmək çox təhlükəli hal yarada bilər.

“Düşünürəm ki, Tofiq bəyi inandıracağıq ki, o buna getməsin,” Adil Qeybulla qeyd edib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.

O hazırda City Hospital-da reanimasiya şöbəsindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG