Accessibility links

ADO teatrı Bakıda küçə tamaşaları keçirə biləcək


ADO teatrının kollektivi məhkəmənin qarşısında
ADO teatrının kollektivi məhkəmənin qarşısında

Məhkəmə teatrın Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin edib

Dekabrın 30-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının (Azərbaycan Dağınıq Oda teatrı) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı küçə teatrları keçirmək barədə iddiasını təmin edib.

Bu barədə ADO teatrı facebook səhifəsində məlumat yayıb.

ADO teatrı Tbilisidə küçə tamaçası göstərir
ADO teatrı Tbilisidə küçə tamaçası göstərir

ADO teatrı 2 ildən çoxdur ki, Bakıda küçə tamaşaları nümayiş etdirmək üçün müraciətlər edir. Azərbaycan Mədəniyyət Nazirliyi bununla bağlı icazənin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti isə nazirlik tərəfindən verilməli olduğunu iddia edib.

ADO teatrı nəhayətdə məhkəməyə müraciət edib. Məhkəmə dekabrın 30-da teatrın iddiasını təmin edib.

Artıq nəinki biz, istənilən incəsənət nümayəndəsi ölkəmizin küçələrində çıxış etmək üçün qanun sıxışdırılması ilə rastlaşsa, bu qərara istinad edə biləcək.
Elmin Bədəlov, teatrın təsisçisi

“1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu gün ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin etdi. Bu tarixi qərar idi. Həm də bir nümunədir. Çünki küçədə tamaşa göstərməklə bağlı qanunun sıxışdırılması və boşluqdan istifadədən dolayı 2 ildən çox idi ki, bu məsələ həllini tapa bilmirdi. Artıq nəinki biz, istənilən incəsənət nümayəndəsi ölkəmizin küçələrində çıxış etmək üçün qanun sıxışdırılması ilə rastlaşsa, bu qərara istinad edə biləcək. Bu proses uzun çəkdi. Proses zamanı bizi dəstəkləyən insanlara, tamaşaçılarımıza, mövzunu hər zaman diqqətdə saxlayan jurnalistlərə, hüquqşünasımız Samirə Ağayevaya, bir sözlə, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu qərardan sonra küçə tamaşaları ilə bağlı əngəllər aradan qalxacaq. 2020-ci ildə küçədə sizlərlə görüşmək ümidi ilə,” teatrın təsisçisi Elmin Bədəlov qeyd edib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.​

XS
SM
MD
LG