Accessibility links

Adolf Hitlerin Mersedes limuzini gələn ay hərraca çıxarılacaq


Adolf Hitlerin istifadə etdiyi nadir dəbdəbəli Mersedes limuzin gələn ay ABŞ-ın Arizona ştatında hərraca çıxarılacaq.

1939-cu ildə buraxılmış bu Mersedes avtomobil bu modeldə buraxılmış dörd avtomobildən biridir.

Bir neçə sahibi olmuş bu avtomobil Fransanı məğlub etdikdən sonra Hitleri Berlin boyu keçirilən qələbə paradında gəzdirmək üçün istifadə edilib.

ABŞ mətbuatı bu avtomobilin milyonlarla dollara satılacağını yazır.

Dünya boyu auksionerlər deyib ki, satış qiymətinin 10 faizi Holokostun necə və nəyə görə baş verməsi barədə insanları məlumatlandırmağa və gələcəkdə bu kimi vəhşiliklərin baş verməməsi üçün effektiv tədbirlərin görülməsinə xərclənəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG