Accessibility links

ADR Hərəkatı: Korrupsiya ölkənin gələcəyi üçün təhlükə yaradır


“Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Azərbaycanın Korrupsiyanı Qavrama İindeksində yerinin 30-35 bənd geriləməsi ilə bağlı narahatdır. Çünki bu, Qarabağ probleminin həlli, milli təhlükəsizlik, yoxsulluğun azaldılması və ümumilikdə ölkənin gələcəyi və inkişafı üçün təhlükə yaradır.”

Hüquq-mühafizə orqanları yerli və xarici mediada dərc edilmiş korrupsiya faktlarını təcili araşdırmalıdır.
ADR Hərəkatının bəyanatından

Bu barədə ADR Hərəkatının Transparency İnternational tərəfindən yayılmış Korrupsiya Qavrama İndeksi-2018 sənədi ilə bağlı bəyanatında deyilir.

ADR Hərəkatı hesab edir ki, vəziyyət yaxşılaşmasa, Korrupsiya Qavrama İndeksinin aşağı olması ölkədən kapital axınına, xarici investisiyaların azalmasına, turistlərin sayının azalmasına, ölkənin kredit reytinqinin aşağı düşməsinə gətirib çıxaracaq.

“Bu reytinq Dünya Bankının və digər beynəlxalq maliyyə müəssisələrinin və institutlarının Azərbaycan üzrə qiymətləndirmə hesabatlarına mənfi təsir göstərəcək.”

ADR Hərəkatı Nazirlər Kabinetinin buraxılmasını, korrupsiyaya qarşı real mübarizə aparmaq iqtidarında olan sağlam, islahatçı komandanın formalaşdırılmasını zəruri sayır.

“Həmçinin, təcili olaraq gəlir və əmlak bəyannaməsi mexanizminin işlənib hazırlanmasının, maraqların toqquşması haqqında qanunun və Rəqabət Məcəlləsinin, "Korrupsiya haqqında məlumat verənlərin müdafiəsi haqqında" qanunun, Dövlət Qulluqçularının Etika Məcəlləsinin qəbul edilməsi, ictimai resurslardan istifadəyə görə hesabatlılığın və şəffaflığın artırılması, ən əsası isə, ədliyyə və məhkəmələrin müstəqilliyi təmin edilməlidir,” sənəddə deyilir.

ADR Hərəkatı hesab edir ki, hüquq-mühafizə orqanları yerli və xarici mediada dərc edilmiş korrupsiya faktlarını təcili araşdırmalı, müxalifət partiyalarının, müstəqil vətəndaş cəmiyyəti və media institutlarının fəaliyyəti üçün normal şərait yaradılmalı, toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalı, siyasi məhbuslar azad edilməlidir.

2018-ci il Korrupsiya Qavrama İndeksində postsovet ölkələrinin nəticələri
2018-ci il Korrupsiya Qavrama İndeksində postsovet ölkələrinin nəticələri

Transparency International​ beynəlxalq şəffaflıq təşkilatının dərc etdiyi 2018-ci il Korrupsiya Qavrama İndeksi hesabatında Azərbaycan 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.

Təşkilatın öncəki illər ərzində dərc etdiyi hesabatlarda Azərbaycan dünya ölkələri arasında 122-ci (2017), 123-cü (2016) və 119-cu (2015) yerdə idi. Azərbaycan rəsmiləri hesabata hələlik münasibət açıqlamayıb.

Rəsmi Bakı korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi mübartizə aparıldığını bildirir. Dövlət rəhbərləri Azərbaycanın korrupsiyaya qarşı mübraizə kimi ASAN Xidmət mərkəzlərini göstərir.

Bununla yanaşı, dünyanın aparıcı KİV-ləri Azərbaycanda korriupsiaya ilə bağlı məqalələr dərfc edir, Azərbaycan hökumətinin bir çox Avropa siyasətçilərini pulla ələ aldığını bildirir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Britaniya, İtaliya, Avstriya, Kanada istintaq orqanlarında Azərbaycanda korrupsiya halları ilə bağlı istintaq materilları araşdırılıb. "Azərbaycan landromatı" isə Azərbaycanın Avropa siyasətçilərinin maddiyuyat qarşılığında əslə alınmasından bəhs edir.

XS
SM
MD
LG