Accessibility links

ADR Hərəkatının fəalı saxlanılıb


Vəfadar Əliyev
Vəfadar Əliyev

Bu gün, aprelin 8-də Bakının Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü Vəfadar Əliyevi saxlayıb. Onu heç bir izahat vermədən evindən götürüb bölməyə aparıblar.

Bu barədə Amerikanın Səsinə ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

“Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti də fürsətçilik edib, müstəqil və müxaif fikir sahiblərini cəzalandırmaqla məşğuldur. Buna son qoyulmalıdır, Vəfadar bəy, Şakir bəy, Tofiq bəy, İlkin bəy və digər fəallar qeyd-şərtsiz azad olunmalıdır,” o qeyd edib.

İbadoğlunun sözlərinə görə, Vəfadar Əliyev aprelin 9-da məhkəmə qarşısına çıxarılacaq.

Rəsmi qurumlar ADR Hərəkatının fəalının saxlanılması barədə hələ açıqlama verməyib.

Xatırladaq ki, karantin rejimi dövründə ADR Hərəkatının daha bir fəalı Şakir Məmmədli 15 sutka inzibati həbsə məhkum edilib, 2 fəalı cərimələnib, 3 fəalına isə xəbərdarlıq edilib.

XS
SM
MD
LG