Accessibility links

ADU-da etiraz aksiyası: Tələbə wikipedia deyil! [Video & fotolar]


ADU tələbələri aksiya edir
please wait

No media source currently available

0:00 0:00:39 0:00

ADU tələbələri aksiya keçirib

Tələbələr sessiyaya bir neçə ay qalmış dövlət imtahanı tətbiq edilməsinə etiraz edib

Mayın 30-da Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyası keçirib. Amerikanın Səsinin hadisə yerində olan müxbirinin bildirdiyinə görə, tələbələr dövlət imtahanının keçirilməsinə qarşı çıxıb. Onlar deyiblər ki, universitetə qəbul olunarkən bildirilib ki, dövlət imtahanı olmadan bu təhsil ocağını bitirəcəklər. İndi isə dövlət imtahanının olacağı bildirilir.

Tələbələr vurğulayıblar ki, yeniliklər builki məzunlara şamil edilməsin. Onlar "istəmirik", "etiraz edirik" kimi şüarlar səsləndirib.

Universitetin rəsmi şəxsləri tələbələrlə danışıqlara gəlib. "Tələbələr "biz yalnız rektorla görüşmək istəyirik", bildiriblər.

ADU tələbələri rektorun gəlməsini tələb ediblər.

ADU tələbələri aksiya keçirib
please wait

No media source currently available

0:00 0:00:31 0:00

Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib.

ADU-nun rektoru Əfqan Abdullayev bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forma dəyişib.

ADU tələbələri etiraz edir
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin Elmi Şurası tərəfindən müvafiq qərar verilib. Tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar.

“Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun”.

ADU tələbələrinin etirazı : Tələbə wikipedia deyil!
please wait

No media source currently available

0:00 0:01:37 0:00

​Rektor qeyd edib ki, Azərbaycanda 52 universitetdə dövlət imtahanı - yekun buraxılış dövlət attestasiyası keçirilir. Bunun da 2 forması var - yazılı dövlət imtahanı və buraxılış işi.

“Burada qeyri-adi heç nə yoxdur. Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir. Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir. Dövlət imtahanı isə əsasnaməyə uyğun olaraq ixtisas fənlərindən verilir. Bu da ixtisaslar üzrə 4-5-6 fənn ola bilər”, o vurğulayıb.

ADU tələbələri
ADU tələbələri

Rektor qeyd edib ki, bu gün Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək. Onun sözlərinə görə, dövlət imtahanı ləğv olunsa, ona da əməl ediləcək: “Bu məsələ ilə bağlı nazirlik tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk”.

ADU tələbələri etiraz edir
please wait

No media source currently available

0:00 0:01:37 0:00

ADU İnformasiya Departamentinin müdiri deyib ki, Nazirlər Kabinetinin "Bakalavr təhsilinin təşkili qaydaları" ilə bağlı qərarı var.

Həmin qaydalarda göstərilir ki, yekun buraxılış attestasiyasının keçirilməsi məcburidir. Yəni, bu, kiminsə kəşfi deyil".

Təhsil nazirinin müavini Ceyhun Bayramov universitetin akt zalında medianın iştirakı ilə açıq şəraitdə tələbələrin etirazını və etirazı doğuran səbəbləri onların özündən dinləyib.

ADU tələbələri aksiya keçirib
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Tələbələr bildirib ki, tədris ilinin sonuna bir neçə ay qalmış dövlət imtahanı verəcəklərini biliblər. Halbuki, bundan öncə tələbələr dövləty imtahanı verməyib.

"Biz imtahandan qorxmuruq. Amma, universitetə qəbul olunan zaman dövlət imtahanı olmayacağınəı bildiriblər. Digər tərəfdən, dövlət imtahanına salınan suallar çox genişdir və həmin suallara hazırlaşmaq üçün sadəcə vaxt qalmayıb. Eyni zamanda, dövlət imtahanına salınana fənlər üzrə artıq imtahan verib müvafiq qiymət almışıq və kredit öhdəliyini yerinə yetirmişik. Eyni fəndən, iki dəfə imtahan salınması da məntiqə utyğun deyil", tələblərdən biri çıxışında bildirib.

Nazir müavini tələbələrin təkliflərinin nəzərə alınacağını deyib.

"Mayın 31-də universitetin Elmi Şurası keçiriləcək. Elmi Şurada təlbələrin təklifləri nəzərə alınacaq", C.Bayramov qeyd edib.

Bundan sonra, tələblər dağılışıb.

ADU tələbələri etiraz edir
please wait

No media source currently available

0:00 0:01:22 0:00

Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyası keçirir
please wait

No media source currently available

0:00 0:01:05 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG