Accessibility links

Kabildə iki qadın hakim öldürülüb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, paytaxt Kabildə Ali Məhkəmənin iki qadın hakimi güllə atəşi nəticəsində həyatını itirib.

Məhkəmə sözçüsü onların işə gedərkən öldürüldüyünü bildirib. Sözçü qadınların maşınlarının pusquya salındığını deyib.

Şəhər polisi digər bir qadın hakim və onun sürücüsünün qətli ilə bağlı istintaqın davam etdiyini bildirib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Taliban hücumla heç bir əlaqəsi olmadığını bildirib.

Əfqanıstan rəsmiləri ölkədə 250 qadın hakim və 400 qadın prokuror olduğunu deyir.

Bazar günü zorakılığı rəsmilər, siyasətçilər, prokurorlar, həkimlər, jurnalistlər və vətəndaş cəmiyyətii nümayəndələrini hədəf alan hücumların sonuncusudur.

Prezident Əşrəf Qani hücumları qınayaraq, Talibanı günahlandırıb. Üsyançıların atəşkəs elan etməsi çağırışını bir daha dilə gətirən prezident deyib ki, məsələlərin həlli üçün zorakılıq və terrorizm yol deyil.

ABŞ səfiri vəzifəsini icra edən Ross Vilson qadınların qətlini pisləsə də, Talibanın adını çəkməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG