Accessibility links

Kabildə intiharçı hücumu


Talibanın Əfqanıstanın paytaxtı Kabildə həyata keçirdiyi intiharçı hücumu azı 40 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danişin dediyinə görə, şəhərin qərb bölgəsində intiharçı bombanın yerləşdirildiyi avtomobili hökumət işçiləri ilə dolu olan avtobusa çırparaq partladıb. Kütlənin çox olduğu bazardan keçən avtobus partalyarkən yaxınlıqdakı çox sayda insan xəsarət alıb.

Xəsarət alan şəxslərdən biri partlayışdan sonra qorxunc bir səhnə ilə qarşılaşıldığını, çox sayda insanın yerdə yaralı halda uzandığını bildirib.

Kabil polisi qurbanların əsasən mədən işçiləri və neftçilər olduğunu deyib. Xəstəxana rəsmiləri isə ölənlərin sayının daha çox olacağını təxmin edir.

Hücumun məsuliyyətini öz üzərinə götürən Taliban Əfqanıstanın Kəşfiyyat Agentliyinin işçiləri olan avtobusun hədəf alındığını və 38 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG