Accessibility links

Əfqanıstanda təhsil sisteminin üzləşdiyi slnaqlar


Əfqanıstanda təhsil sisteminin vəziyyəti
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Təhsil işçiləri on illərə davam edən müharibənin nəticələri və müxtəlif siyasi ideologiyaların təsirləri ilə çarpışırlar

Əfqanıstan yeni tədris proqramı ilə ölkədə birlik yaratmaq istəyir. Lakin təhlükəsizliyin, kitabların, ixtisaslaşmış müəllimlərin və məktəblərin çatışmazlığı bunu çətinləşdirir.

Əfqanıstanda müasir təhsilə çıxış olduqca çətindir. Təhsil işçiləri on illərə davam edən müharibənin nəticələri və müxtəlif siyasi ideologiyalarla mübarizə aparırlar.
Təhsil nazirliyinin sözçüsü Amanullah İman deyir ki, yeni təhsil programını hazırlayıb tətbiq etməyə başlamaq üçün 10 il vaxt lazim olub. Buna baxmayaraq hələ də bir çox problemlər qalmaqdadır. O deyir ki: “Başlıca problem cənub əyalətlərində təhlükəsizliyin olmamasıdır. Orada beş yüzə yaxın məktəb bağlanıb və 300,00 şagird şərait olmadığı üçün məktəbə gedə bilmir. İkinci prioritet peşəkar müəllimlərin olmamasıdır. Çünki, müəllimlərimizin yarısı müvafiq peşəkar təlim görməyib və bu bizim üçün çox vacib məsələdir.”

İman qeyd edir ki, nazirlik həmçinin ölkənin İslama dair dərslik mətnlərini yenidən hazırlayıb. Keçmişdə Pakistanda təhsil almış Taliblər dini materiallara təsir edirdilər.
O böyük problemlərdən birinin İslamşünaslıq olduğunu bildirir. Çünki, qonşu dövlətlərdə təhsil alan tələbələrin çoxu İslamşünaslıq oxuduqları vaxt Əfqanıstana qarşı olublar. Belə ki, indi onlar öz dillərində, öz müəllimləri ilə və öz İslam alimləri ilə birgə yeni təhsil proqramı hazırlayıblar. Onlar əsas diqqəti vətən sevgisinə yönəldib və ümid edirlər ki, tezliklə bunu nəşr etdirib təqdimatını keçirəcəklər.

Maliyyə çətinlikərinə görə təqribən 4.5 miliyon kitab öz nəşrini gözləyir. Digər 5 miliyon kitab isə son səkkiz ayı Pakistandaka saxlanılmış NATO təchizat yük maşınlarında qalmaqdadır.

Ölkədə hələ də üç miliyon şagird məktəbə gedə bilmir. Bununla yanaşı kifayət qədər bina olmadığı üçün 16000 məktəbdən 7000-i hələ də çöl şəraitində, çadırlarda fəaliyyət göstərir.

Taliban cənubda məktəbləri dağıtmağa davam edərək təhsil almaq istəyən qızları hədəf almaqdadır.

Qadınlar Dəyişiklik Naminə təşkilatının üzvü Arzu Omid qızların məktəbə getməsinin vacibliyini vurğulayır.
O deyir ki: “Əgər biz həyatımızda, xüsusilə də əfqan qadınlarının həyatında dəyişiklik etmək istəyiriksə, bizim təhsilə ehtiyacımız var.”

Kabildə universitet tələbələri təhsil sisteminin köhnəldiyini və çökdüyünü qeyd edirlər.
Universitet tələbəsi Həmin Aman siniflərdə tələbələrin çox sıx olduğunu, müəllimlərin hazırlıqsız olduğunu deyib.

Həmid Aman deyir ki: “Bu günlərdə siz 70 dən 80 dək tələbənin bir sinifdə təhsil aldığını görəcəksiz. Müəllimlər də bu qədər tələbəyə yaxşı təhsil verə bilmir. Buna görə də ilk növbədə siniflərdəki tələbə sayını dəyişmək lazımdır, sonra isə müəllimləri. Ucqar bölgələrdə məzun olan orta məktəb şagirdlərindən elələri var ki, heç düzgün yazıb oxumağı bacarmır. Sonra həmin məzunlar ibtidai məktəb şagirdlərinə müəllimlik edirlər, nəticədə şagirdlər heç nə öyrənmir.”

Taliban gender bərabərliyini və qloballaşmanı təbliğ edən dərsliklərə qarşı mübarizə aparır.İsveçın Əfqanıstan Komitəsindən Əhməd Xalid Fəhim deyir ki, yeni təhsil proqramı müasir Əfqanıstanın qurulmasında əsas faktorlardan biridir.

Əhməd Xalid Fəhim: “Yeni təhsi proqramı əlbətdə ki, qlobal çərçivədə əfqan kimliyini tanıdır. Qısa şəkildə ifadə etsək: məqsəd qlobal dünya görüşlü yerli Əfqan hazırlamaqdır.”

Əfqanıstan liderləri başa düşürlər ki, belə uşaqlar öz ölkələrinin gözləntilərini təmin etməyə qadir olmalıdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG