Accessibility links

Əfqanıstanda hücumlar zamanı 15 nəfər həlak olub


Əfqanıstanın paytaxtı Kabildə yol kənarına yerləşdirilmiş bomba partlayışı və üsyançılara qarşı əks-hava hücumları nəticəsində azı 15 nəfərin həlak olduğu bildirilir.

Rəsmilər maqnit minasının Milli İctiai Mühafizə qüvvəsinin sözçüsü Ziya Vadanın olduğu nəqliyyat vasitəsini hədəf aldığını deyib. Vadanın 2 həmkarı da hücum zamanı həyatını itirib, digər bir nəfər xəsarət alıb.

Əfqanıstan prezidenti Əşrəf Qani hücumu terror aktı adlandırıb. Prezident ofisinin bildirdiyinə görə, Qani hücumun arxasında duranların dərhal həbs edilməsinə göstəriş verib.

Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, prezident Talibanı günahlandırıb.

Əfqanıstanda son zamanlar xüsusən də jurnalistlərı və fəalları hədəf alan qətllərin artdığı müşahidə edilir. Son iki ayda ölkədə azı beş jurnalist öldürülüb.

Əfqanıstanın TOLOnews xəbər kanalının apardığı sorğuya görə, paytaxtda son iki ayda həyata keçirilən 60 kiçik və ya böyük hücumlar zamanı 133 nəfər ölüb.

XS
SM
MD
LG