Accessibility links

Əfqanıstanda bomba hücumu həyata keçirilib


ABŞ-ın rəhbərlik etdiyi Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri paytaxt Kabildə avtomobilə yüklənmiş bombanın partlaması nəticəsində üç üzvünün həlak olduğunu deyib.

Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri həlak olanların milliyətini açıqlamayıb.

Rəsmilər partlayış zamanı altı nəfərin yaralandığını bildirib.

Taliban partlayışın məsuliyyətini üzərinə götürüb. Hadisə prezident Həmid Karzayın ABŞ qüvvələrinin 2014-cü ildən sonra ölkədə qalma ehtimalını müzakirə etdiyi bir vaxt baş verib.

Prezident gələn ilin aprel ayında keçirilməsi planlaşadırılan seçkilərə qədər razılığı imzalamayacağını deyib.

Karzay razılaşmanı imzalamadan əvvəl Birləşmiş Ştatların onun tələblərini qarşılayacağına ümid edir.

Əfqanların çoxu 2014-cü ildən sonra ölkədəki təhlükəsizlik vəziyyətindən naratdırlar. Onlar prezidenti razılığı imzalamağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG