Accessibility links

Əfqanıstanın Qunduz vilayətinin qubernatoru öldürülüb


Əfqan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimalında məsciddə ibadət zamanı həyata keçirilən intiharçı hücumu vilayət qubernatoru və azı 7 nəfərin ölümünə səbəb olub.
Rəsmilər Qunduz vilayətinin Arçi mahalında bu gün səhər həyata keçirilən hücumun mülki vətəndaşlar da daxil edilməklə, azı 11 nəfərin də yaralandığını bildirib.

Qubernator Səid Sədruddinin də öldüyü hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Talibvan Qərbin dəstəklədiyi Həmid Karzay hökumətinə qarşı partızan müharibəsi apararaq, xarici və əfqan hərbiçilərə, polis işçilərinə və rəsmilərə qarşı
vaxtaşırı hücumlar edir. Son günlər həyata keçirilən hücumlar onlarla insanın ölümünə ölüb.
XS
SM
MD
LG