Accessibility links

Əfqanıstanda bir qadının döyülməsində şübhəli bilinən yeddi kişi saxlanılıb


Əfqanıstan rəsmiləri bir qadının döyülməsində şübhəli bilinən yeddi kişinin saxlandığını bildirir. İnsidentin videosu ötən həftə sosial mediada yayılmışdı.

Saxlananlar elə qurbanın öz qohumlarıdır. Taxar vilayətinin qubernatoru fevralın 5-də Azad Əfqanıstan Radiosu-na bildirib.

Qadının dekabrda bu şimal-şərq vilayətinin Çah Aab rayonundakı kənddə döyüldüyü xəbər verilir.

Videoda mavi burqaya bürünmüş qadın diz çöküb, bir dəstə kişi onun üstünə qışqırır və təhqir edir. Qadın əyildikcə başına, boynuna, qollarına və çiyinlərinə çubuqla vururlar.

Qadının hazırda təhlükəsiz yerdə saxlandığı bildirilir.

Şahidlər 22 yaşlı bu qadının əri İranda olarkən nikahdankənar münasibət yaşadığına görə yerli ruhanilərin göstərişinə uyğun cəzalandırıldığını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG