Accessibility links

Əfqanıstanda zəlzələdən sonra sağ qalanlar böyük sağlamlıq riskləri ilə üzləşirlər


Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, oktyabrn 7 ilə 15 arasında Əfqanıstanın Herat vilayətində baş verən silsilə 6.3 bal gücündə zəlzələdən sonra sağ qalan on minlərlə insanın humanitar yardıma və əsas səhiyyə xidmətlərinə böyük ehtiyacı var.

“Mən şəxsən bu bir neçə zəlzələnin kəndləri yerlə yeksan etdiyini, minlərlə insan didərgin saldığını və bir çox ailəni təcili humanitar və sağlamlıq yardımına möhtac qoyduğunu gördüm,” ÜST-ün Əfqanıstan üzrə təcili tibbi yardım qrupunun rəhbəri Alaa ƏbuZeid deyib.

Cümə günü Kabildə çıxış edən ƏbuZeid deyib ki, “114 mindən çox insanın təcili tibbi yardıma ehtiyacı var… Sağlamlıq üçün fəsadlar son dərəcə sarsıdıcıdır.”

O deyib ki, fəlakətin ən çox təsirinə məruz qalanlar qadınlar, qızlar, oğlanlar və yaşlılardır ki, onlar ölüm və xəsarətlərin 90 faizini təşkil edir. Bİr çox uşaq yetim qalıb.”

Humanitar Məsələlərin Koordinasiyası Ofisi xəbər verir ki, zəlzələlər 66 mindən çox insana birabaşa təsir göstərib – təxminən 1500 nəfər ölüb, 2 min nəfər yaralanıb, ən azı 3700 ev dağılıb və 21 300 bina zədələnib.

“Mən zəlzələdən zərər çəkən insanlarla danışdım və itki hissi ürək ağrıdır,” ÜST-ün Əfqanıstandakı nümayəndəsi Luo Dapenq deyib. “Çox sayda insan ölən və ya yaralanan üzvləri axtarmaq üçün günlərlə dağıntılar altında axtarış apardı.”

ÜST-ün ilkin qiymətləndirməsinə əsasən, doqquz rayonda ən azı 40 səhiyyə müəssisəsi zədələnib və nəticədə təxminən 580,000 nəfər üçün səhiyyə xidmətlərində ciddi fasilələr yaranıb.

ƏbuZeid deyib ki, tibb işçiləri açıq-aşkar çatların və çökmə riskinin olduğu həmin binalara girməkdən qorxurdu. “Ona görə də, hazırda səhiyyə xidmətlərinin əksəriyyəti çadırlarda aparılır,” o deyib və və vəziyyəti dözülməz adlandırıb.

“Biz, xüsusilə qışda, səhiyyə müəssisələrini təmin edən xidmətləri bərpa etmək, yeniləmək və təmin etmək üçün təcili tədbirlər görməliyik. Sağ qalanların suya [və] onları sərt qışdan qoruya biləcək daha yaxşı sığınacaqlara ehtiyacı var,” o deyib.

“Ötən il Heratda qış vaxtı temperatur mənfi 30 dərəcəyə çatıb və Əfqanıstanda artıq qış başlayıb,” o deyib. “Ona görə də, hər hansı mümkün xəstəliyin qarşısını almaq üçün suya və kanalizasiyaya ehtiyac var.”

O deyib ki, ÜST-ün Əfqanıstada işçi heyəti fəlakətdən saatlar sonra artıq yerdə idi və yaralıları müalicə edir, dərman, tibbi ləvazimatlar çatdırır, psixi sağlamlıq və travma müalicəsi edirdi.

Forum

XS
SM
MD
LG