Accessibility links

Əfqanıstanda əks-terror hava hücumları həyata keçirilib


ABŞ ordusunun bildirdiyinə görə, Əfqanıstanda əks-terror hava hücumları qonşu ölkələri Əfqanıstanın terrorçulara sığınacaq olmadığında əmin etmək mahiyyəti daşıyır. Talibanın hədəflərinə hücumlar zamanı terrorçu qrupun təlim düşərgələri dağıdılıb.

Hava kampaniyası Əfqanıstanın Bədəxşan vilayətində həyata keçirilib.

Ordunun bildirdiyinə görə, ucqar dağlıq ərazilərdə yerləşən düşərgələrdə Şərqi Türküstan İslamçı Hərəkatının (ETIM) Çin əleyhinə fəaliyyətlərinə də dəstək verilirdi.

Terror fəaliyyətlərinə Əfqanıstanın daxilindən əlavə Çin və Tacikistanla sərhəd regionlarda da yardım edilir.

Əfqanıstanın şimalında isə təhlükəsizlik qüvvələri İŞİD əleyhinə fəaliyyətdədir.

ETIM Çinin Sincan vilayətindəki uyğurları təmsil edir.

Taliban sözçüsü Zabihullah Mücahid ABŞ-ın hava zərbələrinin mülki əhalini hədəf aldığını iddia edir. İddialar təsdiq edilməyib.

XS
SM
MD
LG