Accessibility links

Əfqanıstanda raket hücumu iki NATO əsgərinin ölümünə səbəb olub

NATO Əfqanıstanın şərqində raket hücumu nəticəsində iki əsgərin öldüyünü bildirib. Bu il Əfqanıstanda koalisiya qüvvələrinin təxminən 154 əsgəri həlak olub.

Rəsmilər bu gün Vatapur vilayətində yaraqlılar tərəfindən Kunar rayonuna atılan raketin iki qadın və bir usağın ölümünə səbəb olduğunu deyib. Hadisə zamanı təxminən altı mülkü vətəndaş yaralanıb.

Hücum polis yuniforması geyinmiş bir qrup intiharçının Farah vilayətində hökumət binasına hücum edərək yeddi nəfəri öldürdükdən bir gün sonraya təsadüf edib.

This item is part of
XS
SM
MD
LG