Accessibility links

Əfqanıstanda humanitar yardım işçisi oğurlanıb


Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətinin rəsmilərİ kimliyi məlum olmayan silahlı şəxsin iki xarici vətəndaş da daxil olmaqla beş humanitar yardım işçisini oğurladığını bildirib.

Vilayətinin qubernatorunun sözcüsü hadisənin dünən qrupun üzvlərinin atlarla Yaftal ərazisinə səfər etdiyi zaman baş verdiyini deyib.

Humanitar yardım işçilərinin kimliyi və onların mənsub olduğu təşkilatın adı müəyyən edilməyib.

Bədəxşan vilayəti yaraqlıların fəaliyyət göstərdiyi əsas yerlərdən biri hesab edilmir. Lakin yaraqlılar bundan öncə də bu vilayətdə hücumlar həyata keçirib.

Ötən ay Taliban yaraqlılarından ibarət qrup polis məntəqəsinə hücum edərək təxminən dörd polis zabitini öldürüb, 16-nı isə ələ keçirib.

XS
SM
MD
LG