Accessibility links

ABŞ Müdafiə naziri Əfqanıstanda Birləşmiş Ştatların hərbi qüvvələri ilə görüşüb


Robert Geyts Əfqanıstanda Amerika əsgərlərinə deyib ki, Taliban yaraqlılarını mühüm Qəndəhar vilayətindən çıxarmaq üçün mübarizədə qarşıda ağır günlər ola bilər

ABŞ-ın Müdafiə naziri Robert Geyts Əfqanıstanda Talibanı Qəndəhardan çıxarmağa çalışan Birləşmiş Ştatların hərbi qüvvələri ilə görüşüb. O deyib ki, Taliban yaraqlılarını mühüm Qəndəhar vilayətindən çıxarmaq üçün mübarizədə qarşıda ağır günlər ola bilər. Cənab Geyts ABŞ-ın Qəndəhar yaxınlığında hərbi bazasında 100 əsgərlə görüşüb.

Müdafiə naziri deyib ki, onların bu ərazidə uğur qazanması NATO-nun üsyançılara qarşı kampaniyasına kömək edə bilər.

Robert Geyts üsyançıların son hücumları zamanı səkkiz əsgərin həlak olmasına görə başsağlığı verib.

Bir əsgərin ABŞ hərbi qüvvələrinin üsyançıların Pakistanda mövqelərini atəşə tuta bilməsi haqda sualının cavabında Geyts buna belə ehtimalın az olduğu cavabını verib.

XS
SM
MD
LG