Accessibility links

Həmid Karzai Talibanla danışıqlar üçün şuranın yaradıldığını elan edib


Cənab Karzainin ofisindən verilən məlumata görə, Ali Sülh şurasının yaradılması sülh danışıqlarının aparılmasında irəliyə ciddi addımdır

Əfqanıstan prezidenti Həmid Karzai Talibanla danışıqlar aparmaq üçün əfqan şurasının yaradıldığını elan edib. Cənab Karzainin ofisindən verilən məlumata görə, Ali Sülh şurasının yaradılması sülh danışıqlarının aparılmasında irəliyə ciddi addım hesab edilir. Burada göstərilir ki, şuraya cihad liderləri, nüfuzlu siyasi fiqurlar və qadınlar daxil ediləcək.

Şuranın yaradılması iyun ayında Kabildə sülhə dair milli konfransda təsdiq edilmişdir. Plana əsasən, zorakılığı qınayan və terror şəbəkəsi ilə bütün əlaqələri kəsən üsyançılara maddi güzəştlər ediləcək və onlar işlə təmin ediləcəklər. Bununla belə, Taliban hələlik cənab Karzainin milli birliyə nail olmaq üçün ən yaxşı strategiya hesab etdiyi sülh danışıqlarına az maraq göstərir.

XS
SM
MD
LG