İntiharçının Əfqanıstanın şərqində Əfqan-NATO birgə nəzarət keşikçilərinə qarşı bomba hücumu nəticəsində azı 20 nəfərin öldüyü bildirilir. NATO-nun bildirdiyinbə görə, bu gün həyata keçirilən hücum zamanı koalisiya qüvvələrində çalışan 3 işçi və bir tərcüməçi həlak olub. Məlumatda həlak olanların üçünün amerikalı olduğu deyilir.
Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.
Yerli rəsmilər motosikletdəki intiharçının bombanı koalisiya və əfqan hərbiçilərinin Xost şəhərindəki mağazanın yanından keçərkən işə saldığını deyirlər. Hücum zamanı mülki vətəndaşlar və 4 polis işçisinin öldüyü, 60 nəfərdən çox insanın yaralandığı bildirilir.