Accessibility links

Əfqanıstanda müharibədən qalma qurğunun partlaması nəticəsində azı 9 uşaq ölüb


Əfqanıstan rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Nangarhar vilayətinin şərqindəki bir məktəbin qarşısında müharibədən qalma bir qurğunun partlaması nəticəsində azı 9 şagird ölüb, 4-ü yaralanıb.

Vilayət qubernatorluğu verdiyi açıqlamasında hadisənin Lalpur rayonunda baş verdiyi, qarğıdalı satıcısının köhnə minaatan mərminin tozunu təmizləmək istəyərkən partladığı deyilib.

“Qarğıdalı satıcısının yanında köhnə minaatan mərmisinin partlaması nəticəsində 9 uşaq şəhid olub, 4 uşaq isə yaralanıb” - deyə, məlumatda bildirilir.

Satıcının taleyi barədə məlumat verilməsə də, onun da ölənlər arasında olduğuna inanılır.

Beynəlxalq tədqiqatlar ardıcıl olaraq Əfqanıstanı dünyada mina və partlamamış hərbi sursatlardan ən çox təsirlənən ölkələrdən biri kimi görür.

Məlumata görə, ötən ilin noyabrında ölkənin şimal-şərqindəki Kunduz vilayətindəki bir evdə döyüş sursatının partlaması nəticəsində dördu qız, ikisi oğlan olmaqla, bir ailənin doqquz üzvü həlak olub. Hadisə zamanı daha 3 uşaq yaralanıb. Partlayış uşaqlardan birinin partlamamış qurğunu yaxınlıqdakı tarlada tapdıqdan sonra bilmədən evə gətirdikdən sonra baş verib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bu ayın əvvəlində bildirib ki, 2005-ci ildən bəri Əfqanıstandakı münaqişə 28 500-dən çox uşağın ölümünə səbəb olub ki, bu da bütün dünyada təsdiqlənmiş uşaq itkilərinin 27%-ni təşkil edir.

Keçən ilin avqustunda Talibanın Əfqanıstanı ələ keçirməsi və həmin ayın sonunda ABŞ-ın rəhbərlik etdiyi xarici qoşunların ölkədən çıxarılması faktiki olaraq ölkədə müharibəyə son qoyub. Lakin yardım işçiləri deyirlər ki, münaqişə zamanı partlamamış hərbi sursatlar və əvvəlki müharibələrdən qalan minalar mülki vətəndaşları öldürmək, yaralamaq və şikəst etməkdə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG