Accessibility links

“Firuzə dağı” təşkilatı qiymətli əl işlərinin davam etdirilməsində Əfqanıstana yardım edir [Video]


“Firuzə dağı” təşkilatı qiymətli əl işlərinin davam etdirilməsində Əfqanıstana yardım edir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Əfqanıstanın incəsənəti və memarlıq sənəti bir vaxtlar Asiyanın fəxri sayılırdı. Əfqanıstanda 40 ildən çoxdur davam edən müharibə ölkənin ənənəvi əl işlərinin tükənməsinə səbəb olub. Lakin baş qərargahı Britaniyada yerləşən “Firuzə dağı” adlı təşkilat Əfqanıstanın qiymətli əl işlərinin davam etdirilməsi üçün paytaxtın Murad Xan məsəlləsindəki ticarət mərkəzi ilə əməkdaşlıq edir.

Kabilin Murad Xan məhəlləsi özünəməxsus görüntüsü, səslərı və iyiləri ilə yadda qalır. Bir tərəfdə dəmirçi balta itiləyir, digər tərəfdə ənənəvi qablarda bişən quzu ətinin iyisi bazarı bürüyüb, dulusçu isə çarxını fırladaraq gil qabları üzərində işləyir. “Burada bütün materiallar təbiidir. Bu sənətin min illərlə yaşı var” deyə, dulusçu Əbdül Mətin Məlikzadə bildirir.

Paytaxtın hər yerinə etdiyi kimi müharibə Murad Xana da öz təsirini göstərib. Güclü zədələr almış, yoxsul və demək olar ki, xarabalığa çevrilmiş Murad Xan hələ də Kabilin ticarət və yaşayış məntəqəsi olaraq qalsa da, bu məhəllə dünyanın ən çox təhlükə altında olan ərazisi kimi “Dünya Monumentlər Fondu”nun siyahısındadır.

Baş qərargahı Britaniyada yerləşən “Firuzə dağı” adlı təşkilat 2006-cı ildən bəri Murad Xanin qorunması və bərpası, eləcə də zəngin sənət əsərlərinin xilası üçün səy göstərır. “Firuzə dağı” təşkilatının direktor müavini Natali Parlberq: “Biz Əfqanıstan boyu şirkətlər və sənətkarlarla işləyir, onlara texniki təlimlər keçirik. Biz onların marketinq bacarıqlarını inkişaf etdirməyə, onların beynəlxalq dizaynerlər və Əfqanıstandan kənardakı şirkətlərlə əlaqə yaratmalarına yardım edirik.”

“Firuzə dağı” 2006-cı ildən bəri 450-dən çox sənətkara təlim keçib və Kabilin köhnə hissəsində 112 tarixi binanı və abidəni bərapa edib. Bu təşkilat eləcə də Əfqanıstanda ilk İncəsənət və Memarlıq İnstitutunu yaradıb və Əfqanıstanın əl işlərinni beynəlxalq sərgilərə çıxarıb. Bu isə yerli sənətkarlara xaricdə 5 milyon dollarlıq əl işi satmağa imkan verib. Zərgəq Hüsna Xürrəmi: “Mən Zərgərlik fakültəsinin ikinci kursunda oxuyuram. Biz “Türkmən” adlı zərgərlik işləri hazırlayırıq. Əvvəlcə bir bu dizaynları kağız üzərində hazırlayır, bundan sonra isə metal və daşlara keçirik.”

Əfqanıstan eləcə də əsrlər boyu özünün əldə toxunma xalçaları ilə məşhurdur. Bu sənət nəsildən nəslə keçir. “Firuzə dağı” ölkənin şimal bölgəsində iş şəraitinin yaxşılaşdırılmasında və əmək haqlarının qaldırılmasında xalça toxuyan yüzlərlə qadına yardım edib.

“Firuzə dağı” Murad Xan üçün Əfqanıstanın özündən, Birləşmiş Ştatlar, Kanada, Hindistan və bir neçə başqa ölkədən maliyyə dəstəyi alır.

Layihənin tərəfdarları ənənəvi Əfqanıstan sənətinin bərpası və qorunub-saxlanmasının ölkədə sülhün bərqərar olması qədər vacib olduğunu deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG