Accessibility links

Əfqanıstanda şiə məscidlərinə hücumlar davam edir


İki güclü silahlanmış intiharçının Əfqanıstanın qərbindəki şiə məscidinə etdiyi hücum azı 29 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olub.

Həkimlərin Amerikanın Səsinə bildirdiyinə görə, ölənlərin sayı daha çox ola bilər.

İranla sərhəd Herat şəhərinin məscidinə hücum çərşənbə axşamı gecə yüzlərlə dindarın xüsusi mərasimə toplaşdığı vaxt həyata keçirilib.

Əfqanıstan mediasının yerli rəsmilərə və şahidlərə istinadən bildirdiyinə görə, intiharçının biri özünü məscid yaxınlığında partladıb, digəri isə içəri girdikdən sonra atəş açmağa başlayıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin şiə məscidlərinə bundan əvvəl edilən hücumların və yürüşlərin məsuliyyətini İslam Dövləti üzərinə götürmüşdü.

XS
SM
MD
LG