Accessibility links

Əfqanıstanda hücumlar 17 adamın ölümü ilə nəticələnib


Əfqanıstanın 3 müxtəlif bölgəsində həyata keçirilən hücumlar 17 adamın ölümü ilə nəticələnib. Herat vilayətindəki inşaat sahəsinə hücum səbəbi ilə 9 fəhlə həlak olub.
Helmənd vilayətində isə qadın və uşaqlar daxil edilməklə, 5 mülki vətəndaş bomba partlayışının qurbanı olub. Bu vilayətdə yolkənarı bomba hücumu daha 3 qadının ölümünə yol açıb.

Bu kimi hücumlara adətən ABŞ-ın dəstəklədiyi hökumət əleyhinə Taliban əl atır. Çox vaxtlar hücumlar dinc əhalinin tələfatına səbəb olur.

BMT-nin bildirdiyinə görə, 2012-ci illə müqayisədə bu il tələfat 23 faiz artıb.
XS
SM
MD
LG