Accessibility links

Əfqanıstanda intiharçı hücumu 19 nəfərin ölümünə səbəb olub


Polisin bildirdiyinə görə, bu gün Əfqanıstanın şimal bölgəsində intiharçının avtomobilə yerləşdirilmiş bombanı çox sayda insanla dolu alış-veriş mərkəzində partlatması nəticəsində azı 19 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Rəsmilər Fəryab vilayətinin Almar şəhərində həyata keçirilən bomba hücumu səbəbi ilə ölənlərin sayının daha çox olacağını guman edir.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Taliban yaraqlıları bu vilayətdə təhlükəsizlik qüvvələrinə qarşı vaxtaşırı hücumlar həyata keçirir.

Bu bomba hücumu keçən bazar günü müsəlmanların müqəddəs Ramazan bayramından bəri davam edən Taliban qüvvələri üçün qeyri-adi sakitlik mərhələsindən sonra baş verib.

Bazar ertəsi Loqar vilayətində Taliban yaraqlıları ilə ordu arasında toqquşma baş verərkən Birləşmiş Ştatların hava hücumu zamanı səhvən yeddi əfqan əsgəri ölüb, beş əsgər yaralanıb.

XS
SM
MD
LG