Accessibility links

Kabil aeroportundakı terror hücumunun arxasında duran şəxs öldürülüb


2021-ci ilin avqustunda 13 ABŞ hərbçisinin və Əfqanıstanın 170-ə yaxın mülki vətəndaşının ölümü ilə nəticələnən partlayışı həyata keçirən İslam Dövləti terror qruplaşmasının Əfqanıstan qolunun lideri Talibanla son qarşıdurmalar zamanı öldürülüb.

İlkin olaraq Amerikanın Səsinə ölümlə bağlı ilkin məlumatı təsdiqləyən, lakin adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri İslam Dövlətinin Əfqanıstan qolunun rəhbərinin adını, nə vaxt və harada öldürüldüyünü bildirməkdən imtina edib.

Həmin şəxsin Taliban tərəfindən hədəf alındığı və ya iki qrup arasında davam edən döyüşlər zamanı öldürüldüyü də bəlli deyil. ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, "ABŞ bu əməliyyatda iştirak etməyib".

Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerikanın Səsinə məktub göndərərək, bölmə liderinin ölümünü təsdiqləyib və onun bu il qrupun itirdiyi "yüksək profilli şəxslərindən daha biri" olduğunu deyib.

Kirbi Əfqanıstan filialının liderinin "Kabil aeroportundakı kimi əməliyyatların planlaşdırılmasında birbaşa iştirak edən" əsas şəxslərdən biri olduğunu deyib və əlavə edib ki, ABŞ və tərəfdaşlarının, hətta Talibanın həyata keçirdiyi əməliyyatların nəticəsi olaraq, İslam Dövləti filialının sıra hücumları uğursuzluqlarla nəticələnib.

ABŞ-ın Cənubi Asiyadakı hərbi əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı daha iki əməliyyatı da etiraf edib, lakin təfərrüatların məxfi olaraq qaldığını bildirib.

İŞİD-in "İslam Dövləti - Xorasan" və ya "İŞİD-K" kimi tanınan Əfqanıstan qolunun bölmələri Əfqanıstanın paytaxtında və bütün ölkə boyu getdikcə artır.

Bu ilin əvvəlində Birləşmiş Millətlər Təşkilatı terrorla bağlı hesabatında "İslam Dövləti - Xorasan"ın döyüşçülərinin sayının 1000-lə 3000 arasında olduğunu təxmin etdiyini bildirib və filialın əhatə dairəsini genişləndirmək üçün fars, tacik, özbək və rus dilləri də daxil olmaqla, bir çox dildə təbliğat aparmaq istədiyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG