Accessibility links

Əfqanıstanın Kəşfiyyat İdarəsinin təlim bazasına hücum olub


Bir qrup silahlı şəxs Əfqanıstanın paytaxtı Kabildəki Kəşfiyyat İdarəsinin təlim bazasına hücuma cəhd edib.

Rəsmilər silahlı şəxslərin bazanın yaxınlığındakı binada saxlandığını bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bugünkü atışma barədə xəbər verən Associated Press xəbər agentliyi müharibənin davam etdiyi Əfqanıstanda son zamanlar hücumların vüsət aldığını bildirib. Xəbərlərdə bu hücumda neçə nəfər silahlının iştirak etdiyi barədə məlumat verilməyib.

Hucum çərşənbə günü həyata keçirilən intiharçı hücumun qurbanlarının dəfn edildiyi günə təsadüf edir.

Demək olar ki, hər hün həyata keçirilən hücumlar müsəlmanların bu ayın sonunda başlayacaq müqəddəs Qurban Bayramı (Eid Əl-Ədha) müddətindəki atəşkəsə ümidləri azaldıb.

XS
SM
MD
LG