Accessibility links

Həmid Karzay İranla əməkdaşlıq paktına dair razığıa gəlib


Əfqanıstan rəsmi nümayəndəsi prezident Həmid Karzayın İranla əməkdaşlıq paktına dair razılığa gəldiyini bildirib.

Cənab Karzay razılığı Tehrana səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani ilə müzakirə edib. Rəsmi sənədin qısa müddətdə hazırlanıb imzalanacağı gözlənilir.

Əfqanıstan və İran prezidentləri arasında görüş ABŞ-ın müdafiə naziri Çak Heyqelin Kabilə səfər etməsindən bir qədər sonra keçirilib.

Cənab Karzay ABŞ-la 2014-cü ildən sonra Amerika əsgərlərinin Əfqanıstanda mövcudluğunu müəyyən edəcək müqavilənin imzalanmasını ləngidir.

İran hökuməti cənab Karzayın mövqeyini dəstəklədiyini bildirib və Əfqanıstanı razılığı imzalamamağa çağırıb.
XS
SM
MD
LG