Accessibility links

ABŞ-ın Əfqanıstandakı baş komandiri səlahiyyətlərinin icrasına xitam verib


Əfqanıstandakı ən yüksək ABŞ generalı bazar ertəsi Taliban döyüşçülərinin müharibə şəraitində olan ölkədə yeni əraziləri ələ keçirməkdə davam etdiyi bir vaxt səlahiyyətlərinin icrasına xitam verib.

Bayden administrasiyası ABŞ qoşunlarının geri çəkilməsinin son rəsmi tarixinin 31 avqust olacağını bildirib, lakin general Ostin "Skott" Millerin komandirliyini başa vurması qoşun toplanışının rəmzi bir sonluğudur.

ABŞ Müdafiə Komandanlığının (CENTCOM) generalı Frenk Makkenzi bayrağın təhvil verildiyi "qısa" komandanlığın təhvil-təslim mərasimində qalan qüvvələrə rəhbərliyi qəbul etmək üçün bazar ertəsi günü Kabilə gəlib. Bu barədə ABŞ Müdafiə Nazirliyindən Amerikanın Səsinə məlumat verilib.

ABŞ Mərkəzi Komandanlığına görə, geri çəkilmə prosesinin “90%-dən çoxu” bitib. Amerika əsgərlərinin və texnikasının əksəriyyəti ABŞ səfirliyini qorumaq və Kabildəki beynəlxalq hava limanının təhlükəsizliyini təmin etməyə kömək üçün 1000-dən az əsgər qalıb.

"Dünənlə müqayisədə bu gün Əfqanıstanda fəaliyyətimiz baxımından əhəmiyyətli bir fərq yoxdur" - deyə, bazar ertəsi Müdafiə nazirliyinin rəsmisi əlavə edib.

Makkenzi Əfqanıstandakı və digər bir sıra qonşu ölkələrdəki CENTCOM-un rəhbəri kimi Amerika hərbi əməliyyatları üzərində səlahiyyətə sahib olub və o, ABŞ-dakı qərargahından nəzarəti davam etdirəcəyi vaxt ikiulduzlu zabit kontr-admiral Piter Veysli yerdəki missiyaya nəzarət etməkdə ona kömək edəcək.

Miller Əfqanıstan müharibəsində ən uzun müddət xidmət edən ABŞ hərbi zabiti idi. O, Tramp administrasiyasının 2020-ci il fevral ayında Taliban ilə müqaviləsi və aprel ayında prezident Co Bayden tərəfindən göstəriş verilən son geri çəkilmə ilə birlikdə ABŞ-ın hərbi mövcudluğunun təxminən üç illik müddətində xidmət göstərib.

XS
SM
MD
LG