Accessibility links

Əfqanıstanda Talibanın narkotik maddə emal edən 25 laboratoriyası məhv edilib


Amerika hərbi qüvvələri rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatların Əfqanıstanda başçılıq etdiyi koalisiya qüvvələri Helmənd vilayətində fəaliyyət göstərən narkotik maddə emal edən 25 laboratoriyanı məhv edib. Beləliklə, koalisiya qüvvələri üç həftədir Talibana qarşı apardığı hava hücumları nəticəsində Talibanın narkotik mallardan əldə edəcəyi 80 milyon dollarlıq gəlirinin qarşısını alıb.

Kabildən müxbirlərlə etdiyi tele-konfrans zamanı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin briqada generalı Lens Banç deyib ki, 16 ildə ilk dəfədir ki, hava hücumları Talibanın gəlir mənbələrini hədəf alır. “Hava hücumları bizə Talibanı dəstəkləyən bütün strukturları məhv etmək imkanı verir" deyə, Lens Banç bildirib.

Lens Banç Birləşmiş Ştatlar, Əfqanıstan və beynəlxalq alyansın məqsədinin döyüşçülər cəlb etmək və silah əldə etmək üçün Talibanı mayiyyələşdirən bütün imkanlarını əlindən almaqdır.

XS
SM
MD
LG