Accessibility links

Taliban hökuməti narkotik maddə istifadəçiləri ilə qəddarcasına rəftar edir


Taliban hökuməti narkotik maddə istifadəçiləri ilə qəddarcasına rəftar edir
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Taliban hökuməti narkotik maddə istifadəçiləri ilə qəddarcasına rəftar edir

Əfqanıstanda narkotik maddə aludəçiləri Taliban hökumətinin onlarla vəhşicəsinə və cinayətkar kimi rəftar etdiyini deyir. Lakin hökumətin təhlükəsizlik rəsmiləri bu ittihamı rədd edir.

Taliban tərəfindən döyülən Əfqanıstanın mərkəzi Daykundi vilayətindəki bu narkotik maddə aludəçisi göz yaşlarını saxlaya bilmir. “Biz heç nə istəmirik. Yaralarımıza duz tökməyin. Biz bu hakimiyyətdən heç nə istəmirik. Sadəcə bizi döyməyin” - deyə, Məhəmməd bildirir.

Bu qeyri-adi iş deyil. Taliban qüvvələrinin bir neçə vilayətdə narkotik maddə aludəçilərini reabilitasiya mərkəzinə göndəriləcəyini deyərək, zorla həbs etdiyi bildirilir.

Şahidlərin dediyinə görə, onlar narkotik maddə istifadəçilərini təpiklə döyərək, polis maşınlarına mindirir. Saxlanma anlarını göstərən videolar Talibanın ciddi nəzarəti altında olan media tərəfindən çəkilib.

Musa adlı bu aludəçi bir neçə narkotik maddə istifadəçisinin döyülərək öldürüldüyünü və buna görə kimin məsuliyyət daşıdığının məlum olmadığını deyir. “Onların 200 qrupu var. Hansının hökumət işçisi olub-olmadığı məlum deyil. Hər gün müxtəlif insanlar gəlir. Bir gün bizi cavan oğlan döyür, ertəsi gün qoca kişi. Bəzən bizi silahlı şəxs döyür, bəzən çoban.”

Əfqanıstanın cənub-şərqindəki Paktia bölgəsində yaşayan Ehsanullah və Həmid Gül Talibanın vəhşiliyinin qurbanı olduqlarını deyirlər. Ehsanulla: “Mən burada oturmuşdum. Onlar gəlib məni Kalaşnikov avtomatı ilə vurub burnumu sındırdılar”, deyir.

Hamid Gül: “Taliban gəldi və mənim gözümü kor etdi. Mən görmə qabiliyyətimi itirdim”.

Daikundi və Paktia vilayətlərinin yerli Taliban rəsmiləri vaxtaşırı güc tətbiq etdiyiklərini etiraf etsələr də, bunun zorakılıq olduğunu inkar edir. Taliban təhlükəsizlik qüvvələrinin sözçüsü Ömər Bədri: “Onlar həbs ediləcəklərini düşünərək bizdən qorxur, lakin bu doğru deyil. Allaha şükür, onlarla yaxşı davranırıq. Ehtiyatla yığıb idarəyə gətirir, sonra isə müalicəyə göndəririk”.

Taliban narkotik maddə aludəçilərini reabilitasiya mərkəzlərinə aparmağa keçən ilin avqust ayında, hakimiyyəti ələ keçirdikdən sonra başlayıb. Onlar müalicəyə 5000-dən çox narkomanı göndərdiklərini deyirlər.

Lakin Talibanın qələbəsi və ABŞ-ın geri çəkilməsindən sonra müalicə mərkəzlərinin sayı yarıya enib. 88 narkoloji müalicə mərkəzindən hələ yalnız 40-ı açıqdır ki, onlar da dərman və maliyyə çatışmazlığından əziyyət çəkir.

Əfqanıstan dünyanın ən böyük tiryək istehsalçısıdır. Ölkədə 3 milyondan çox insanın narkotik maddədən asılı olduğu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG