Accessibility links

Human Rights Watch: Taliban İslam Dövləti üzvü olmaqda şübhəli bilinən onlarla insanı məhkəməsiz qətlə yetirib


Human Rights Watch təşkilatının bildirdiyinə görə, Taliban təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində İslam Dövləti terror qruplaşmasının yerli qolunun üzvü olmaqda şübhəli bilinən və onların tərəfdaşı olan onlarla insanı məhkəməsiz qətlə yetirib.

Qlobal insan haqları qrupu cümə axşamı yaydığı hesabatda iddia edilən sui-istifadələri sənədləşdirərək, onların şərqi Nangarhar və Kunar vilayətlərində törədildiyini bildirib.

"Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Nangahar və Kunar sakinləri [2021-ci ilin avqust ayı ilə 2022-ci ilin aprel ayları arasında] kanallara və digər yerlərə atılmış 100-dən çox kişinin cəsədini aşkar edib” - deyə, hesabatda bildirilib.

Pakistanla həmsərhəd olan iki vilayət İslam Dövlətinin Əfqanıstan qolu olan Xorasan Əyaləti İslam Dövlətinin (İŞİD-K) bazalarına ev sahibliyi etməklə tanınır.

Hesabatda deyilir ki, Taliban qüvvələri bu ərazilərdə İŞİD-K üzvlərinə sığınacaq və ya onlara dəstək verməkdə ittiham etdikləri sakinlərə qarşı "təhqiredici axtarış əməliyyatları həyata keçirib".

Gecə reydləri də daxil edilməklə, bu təhlükəsizlik tədbirləri zamanı guya sakinlər işgəncələrə məruz qalıb, kişilər qanunsuz və ailələrinə harada olduqları barədə məlumat verilmədən saxlanılıb.

"Belə görünür Taliban hökuməti iddia edilən militantları həbs etmək, "yoxa çıxarmaq" və öldürmək üçün öz qüvvələrinə tam ixtiyar verib" - deyə, Human Rights Watch-un Asiya üzrə direktoru Patrisia Qossman bildirib.

Hesabatda cəsədlərin üzərində işgəncə və vəhşicəsinə edam sübutları olduğunu, bəzilərinin bədən hissələrinin və ya başı kəsildiyini, boyunlarında kəndir olduğu deyilib.

Talibanın baş sözçüsü Zabihulla Mücahid xəbəri əsassız sayaraq təkzib edib. O, yerli hakimiyyət orqanlarının bu şayiələri araşdırdığını, lakin Nanqarharda və ya digər ərazilərdə bircə dənə də olsun cəsəd tapmadığını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG