Accessibility links

Əfqanıstanda 8 polis öldürülüb


Əfqanıstanın şimal-şərq bölgəsi rəsmiləri təslimlə bağlı razılığın qüvvəyə minməsindən bir neçə gün sonra Taliban üsyançısı olmaqda şübhəli bilinən şəxsin azı 8 polis işçisini qətlə yetirdiyini bildirib.

Hücum Fəyrab vilayətinin Almar mahalında keçən gecə həyata keçirilib.

Bölgənin polis sözçüsü Kərim Yoroş Amerikanın Səsinə hücum edən şəxsin hadisə yerini tərk etməzdən əvvəl özü ilə silah-sursat götürdüyünü deyib. Sözçünün dediyinə görə, qətlə yetirilən polislər bir ailədən olub.

Taliban üzvü olan hücumçunun 15 gün əvvəl yerli polisə təslim olduğu, hadisəni törətdikdən sonra isə yenidən geri, yaraqlıların dəstəsinə qayıtdığı bildirilib.

Mahalın qubernatoru Məhəmməd Saleh Saleh TOLO televiziyasına verdiyi müsahibə zamanı qatilin atəş açmazdan öncə təhlükəsilik qüvvələrinə qarşı zəhərlı qazdan istifadə etdiyini deyib.

XS
SM
MD
LG