Accessibility links

UNICEF: Talibanın qızları məktəbdən uzaqlaşdırması ölkəyə baha başa gələcək


BMT-nin uşaq fondu olan UNICEF-in məlumatına görə, Talibanın bu il qızları təhsildən məhrum etmək qərarı Əfqanıstanın ümumdaxili məhsulunun 2,5%-nə başa gəlir.

Bundan əlavə, agentlik öz təhlili əsasında “Əfqanıstanın keçid dövründə itirdiyi ümumi daxili məhsulu qaytara bilməyəcəyini və qızların orta məktəb təhsili almaq və başa çatdırmaq hüquqlarını yerinə yetirmədən həqiqi potensial məhsuldarlığına çata bilməyəcəyini” deyib.

UNICEF bazar ertəsi bildirib ki, “əgər üç milyon qızdan ibarət hazırkı qrup orta təhsilini başa vurub əmək bazarında iştirak edə bilsəydi, qızlar və qadınlar Əfqanıstan iqtisadiyyatına ən azı $5,4 milyard dollar töhfə verərdi”.

UNICEF-in dediyinə görə, onun hesabatı qızların təhsilə çıxışının qarşısının alınmasının qeyri-maliyyə təsirlərini, o cümlədən qadın müəllimlərin, həkimlərin və tibb bacılarının çatışmazlığını nəzərə almır.

UNICEF bildirir ki, bu, qızların ibtidai məktəbə davamiyyətinin azalmasına və yeniyetmələrin hamiləliyi də olmaqla, sağlamlıq xərclərinin artmasına səbəb olacaq.

“Talibanın qərarı şok və məyusedicidir," UNICEF-in Əfqanıstan üzrə nümayəndəsi doktor Məhəmməd Ayoya açıqlamasında deyib.

O əlavə edib ki, bu, uşaq alveri, erkən və məcburi nikahlar riski də daxil olmaqla, qızların əsas təhsil hüququnu pozur və "onların istismarına və sui-istifadəyə məruz qoyur."

XS
SM
MD
LG