Accessibility links

Əfqanıstanın müdafiə naziri və ordu komandanı istefa verib


Əfqanıstanın hərbi bazasında cümə günü azı 140-nın ölümü, çox sayda əsgərin yaralanmasına səbəb olan hücumdan sonra prezident Əfşar Qani ölkənin müdafiə naziri və ordu komandanının istefasını qəbul edib.

Prezident Qani ofisinin bazar ertəsi açıqladığı qısa bəyanatda müdafiə naziri Abdulla Həbibi və ordunun baş komandanı Qədəm Şah Şahimin hadisədən dərhal sonra istefa verdikləri deyilir.

Həbibi Şahimlə birgə mətbuat konfransında deyib ki, istefalara onları heç kim məcbur etməyib.

Məzari-Şərif şəhərindəki 209-cu "Şahinlər qvardiyası"na edilən hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Əfqanıstan rəsmiləri və şahidlər üzərində bomba olan 10 nəfər silahlı intiharçının yüzlərlə əsgərin günorta namazına toplaşdığı vaxt güclü mühafizə olunan məscidə hücum etdiklərini bildirib.

ABŞ müdafiə naziri Cim Mattis Əfqanıstanda
ABŞ müdafiə naziri Cim Mattis Əfqanıstanda

Rəsmilər hələ də ölənlərin sayını təsdiq etməkdən imtina etsələr də, nisbətən sakit Balx vilayəinin adının açıqlanmasını istəməyən təhlükəsizlik rəsmiləri və siyasətçiləri ölənlərin sayının azı 180 nəfərə qədər olduğunu deyib.

Bazar günü ölkədə ölən əsgərlərin şərəfinə milli matəm elan edilib.

Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis Əfqanıstanda təhlükəsizlik məsələsini müzakirə etmək üçün o ölkəyə səfər edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG